Reklam
Təqvimin tarixi: Fevrala “29-cu gün” necə daxil edilib?
01-03-2020 09:32
Fevralın 29-da doğulan adamlar doğum günlərini dörd ildən bir qeyd edir. Valideynlər isə çox vaxt bu tarixdə dünyaya gələn körpələrini başqa tarixə qeydiyyata salmağa çalışır. Hazırda 4 milyon insanın doğum günü 29 fevrala düşür. Bu, dünya əhalisinin 0,069 faizini təşkil edir.
Dalidag.az Yuli təqvimində 4 ildən bir təsadüf edilən 29 fevral tarixinin maraqlı tarixçəsini təqdim edir.
Fevral - qriqori təqvimi ilə ilin ikinci ayıdır. Qısa illərdə 28, uzun illərdə 29 gündən ibarətdir. İlin ən qısa ayıdır. Yuli təqvimində 4 ildən bir, nömrəsi 4-ə bölünən illərdə fevral ayı 29 gün olur.
E.ə. 46-cı ildə Roma imperatoru Yuli Sezar təqvimdəki qarışıqlığı aradan qaldırmağı tapşırır. O zamana qədər il 365 gün 6 saat hesablanırdı. Misirli astroloq Sosigines məsələ ilə bağlı maraqlı təklif irəli sürür. Belə ki, onun təklifi əsasında ilin 365 gün olması, hər ildən qalan 6 saatın isə təqvimə 4 ildən bir əlavə edilməsi qərara alınır. Beləliklə, il dörd ildən bir 366 gün çəkir.
Amma həmin vaxt fevral 29, 4 ildən bir isə 30 gün olurdu.
Yeni təqvim Roma imperiyasının tərkibinə daxil olan bütün xalqlar arasında yayılır və “Yulian sistemi” adını alır.
Sezar başqa bir əmri ilə iyul ayına öz adını verir.
Sonradan imperator Oktavian Avqust da növbəti aya öz adını verir. O, avqustun 30 gün, iyulun isə 31 gün olmasını, yəni onun adına olan ayın Yuli Sezarın adına olan aydan 1 gün az çəkməsini şəninə sığışdırmadığından, fevraldan 1 gün kəsib avqusta calayır. O zamandan bəri fevral ayı 4 ildən bir 29, qalan illərdə isə 28 gün çəkir.
XIII əsrdə ilk dəfə Şotlandiyada təqvimlə bağlı xüsusi qanun qəbul edilir. XVIII əsrə qədər fevralın 29-u bir çox Avropa ölkələrində qəbul edilmirdi. Təqvimdə fevralın 29-u olsa da, hüquqi cəhətdən rəsmi gün sayılmırdı. Bu gün müqavilələr bağlanmır, borc verilmir, ödənişlər aparılmırdı. Çünki bu tip işlərin məhkəmədə baxılmasında problem ortaya çıxırdı.kult.az
Dalidag.az

Kateqoriya: Sosium
Tarix: 01-03-2020 09:32
Baxış sayı: 3553
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02