Reklam
Ordumuz genişmiqyaslı təlimlərə başlayır
29-02-2020 10:08
Qoşunların 2020-ci tədris ilinin hazırlıq planına uyğun olaraq martın 2-də Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayır.Müdafiə Nazirliyindən verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçiriləcək təlimlər informasiya texnologiyalarının geniş tətbiqi, həmçinin heyətlərin, vaxt göstəriciləri və qəbul edilən qərarların icrası planlarının yoxlanılmasının müvafiq idarəetmə orqanları ilə dəqiqləşdirilməsi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunacaq.
Təlimlərin hər bir mərhələsində döyüşə hazırolmanın yüksəldilməsi nəzərə alınmaqla, qoşunların vaxtında və hərtərəfli, o cümlədən informasiya təminatının həyata keçirilməsi ilə qoşunların və silahların ən müasir idarəetmə üsullarının tətbiqi planlaşdırılaraq vəziyyətin inkişafının ən vacib məsələləri diqqətlə nəzərdən keçiriləcək.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 29-02-2020 10:08
Baxış sayı: 3557Yazı axını
04 / 09 / 2026
03 / 09 / 2026
03 / 09 / 2026
02 / 09 / 2026
01 / 09 / 2026
01 / 09 / 2026
01 / 09 / 2026
31 / 08 / 2026
31 / 08 / 2026
30 / 08 / 2026
30 / 08 / 2026
29 / 08 / 2026
28 / 08 / 2026
28 / 08 / 2026
27 / 08 / 2026
27 / 08 / 2026
26 / 08 / 2026
24 / 08 / 2026
24 / 08 / 2026
24 / 08 / 2026
24 / 08 / 2026
24 / 08 / 2026
23 / 08 / 2026
22 / 08 / 2026
Ən çox oxunanlar





























