Reklam

Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olundu -ŞƏKİLLƏR
25-02-2020 11:23

Dalidag.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin və Regional İdarənin əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, Qarabağ qaziləri, idarə və müəssiə rəhbərləri, mədəniyyət işçiləri və rayon ictimaiyyəti, o cümlədən KİV nümayəndələri iştirak etdi.
Ağstafa rayon Musiqi Məktəbinin foyesində Xocalı soyqırımına həsr olunmuş kitab sərgisinə baxışla başlayan tədbir böyük zalda davam etdirildi. İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş soydaşlarımızın və Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Ağstafa rayon İHB-nın birinci müavini Lalə Eyyubova Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı soyqırımından bəhs etdi. Qeyd olundu ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə aylarla mühasirədə saxlanılan Xocalıya hücum edərək, bir gecənin içində şəhəri yerlə yeksan ediblər. Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, meyitlər təhqir olunub, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib.


Bu işlərin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarlarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsl iç üzü göstərilir.
Sonra tədbir iştirakçıları Xocalı Soyqırımından bəhs edən sənədli filmə tamaşa ediblər.
Tədbir Ağstafa rayon Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət
İdarəsinin mətbuat katibi
Dalidag.az










Yazı axını
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
03 / 07 / 2025
Ən çox oxunanlar