Reklam

Müharibədən qorxub, Kremlə sığınan televiziya rəhbərinin qəribə karyerası…- ŞƏKİLLƏR
24-02-2020 16:07

Əslində zəngin dünyagörüşü olan, yüksək intellektli, ədəbiyyatı sevən, poeziyaya bağlı olan, mədəniyyət və incəsənət sahəsini mükəmməl bilən Lapinin heç vaxt siyasi təşəbbüskarlığı olmayıb.
Onun əsas bacarığı ondan ibarət olub ki, o, sovet idelogiyasını Kommunist Partiyasını Mərkəzi Komitənin müəyyənləşdirdiyi kurs üzrə lazımi səviyyədə təbliğ etməyi bacarıb. Bir ayağı Kremldə olan Lapin yuxarıların tapşırığından bir addım da olsa, kənara çıxa bilməyib. “Mərkəzi televiziyanın pultu Kremldədir” kimi ifadələr də yəqin ki, məhz buna görə söylənilib.
1912-ci ildə Sankt-Peterburqda anadan olan Lapin natamam orta təhsil aldıqdan sonra poçtalyon kimi ilk əmək fəaliyyətinə başlayıb. 1930-cu ildə Leninqrad Fəlsəfə və Tarix institutuna qəbul olunub. Amma bu təhsil ocağında o, cəmi iki il oxuyub. İnstitutu yarımçıq qoymasının səbəbi haqqında Lapin heç vaxt açıqlama verməyib.

Sergey Lapinin tərcümeyi-halında qaranlıq məqamlardan biri onun müharibədə iştirak etməməsidir. Bəzi versiyalara görə, Lapin müharibədən yayınmaq, xüsusi “bron” qazanmaq üçün bütün vasitələrdən istifadə edərək Mərkəzi Komitədə işə düzəlməyə cəhd edib və onun bu cəhdi baş tutub. Belə ki, o, partiya məktəbində təhsil ala-ala Mərkəzi Komitənin təbliğat, təşviqat şöbəsində kiçik bir vəzifəyə düzəlib.

1953-cü ildən Sergey Lapin xarici işlər nazirliyinin strukturuna keçib. Bu transfer Vyaçeslav Moloyovun dəstəyi ilə baş tutub. O, əvvəlcə SSRİ-nin Almaniyadakı səfirliyində müşavir, sonra SSRİ xarici işlər nazirliyinin partiya komitəsinin katibi, daha sonra isə 1956-1960-cı illərdə SSRİ-nin Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri olub.
Məhz bu vəzifədə olarkən həmin dövrdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olan Brejnevlə yaxın münasibətlər qurub. Elə Brejnevin təşəbbüsü ilə də Lapin 1960-cı ildə Rusiyanın xarici işlər naziri vəzifəsinə təyin edilib.

1967-ci ildə Sergey Lapin Moskvaya dəvət olunub. Onu Kremldə baş katib Brejnev qəbul edib. Qısa görüş zamanı Avstriyadakı tanışlıqlarını xatırladan baş katib Lapinə dəvət olunmağının səbəbini açıqlayıb: “Mərkəzi Komitə haqqınızda qərar qəbul edib. Siz SİTA-nın baş direktoru təyin olunursunuz”.

1970-ci ildə yeni vəzifəsinin icrasına başlayan Sergey Lapin Mərkəzi Komitənin razılığı ilə televiziya və radioda yeni struktur yaradıb. Onun fəaliyyəti dövründə yadda qalan məqamlardan biri də Lapinin komitədən yəhudiləri uzaqlaşdırması olub. Yəhudi əsilli ssenaristlər, aparıcılar, rejissorlar televiziyadan uzaqlaşdırılıb.

Sergey Lapin televiziya əməkdaşlarına qarşı öz qanunlarını tətbiq edib. Qadın əməkdaşlara şalvar geyinmək qadağan olub, kişilərin mütləq şəkildə kostyumda və qalstukda olması vacib sayılıb.

Sergey Lapin Brejnevin vəfatından sonra da bir neçə il öz vəzifəsində qalıb. Mixail Qorbaçov hakimiyyətə gəldikdən bir neçə ay sonra isə o, istefaya göndərilib.
Ömrünün son illərində xatirələrini, memuarlarını yazan Sergey Lapin 1990-cı ildə, 78 yaşında vəfat edib. O, Moskvada Kuntsevo qəbirstanlığında dəfn olunub.musavat.com
Dalidag.az



Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
