Reklam
Əraqçi Xameneinin öldürüldüyü gün baş verənləri açıqladı
19-07-2026 22:15

İsrailə İranın Ali Rəhbəri Əli Xameneini öldürməyə imkan verən kəşfiyyat sızması böyük ehtimalla hələ də aradan qaldırılmayıb.
Dalidag.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi bildirib.
Abbas Əraqçi deyib ki, fevralın 28-i səhər Prezident Məsud Pezeşkiana “müharibə ab-havasının hökm sürdüyünü” bildirib: “Fevralın 28-dən etibarən vəziyyət müharibəyə doğru gedirdi. Şənbə günü saat 08:00-da Prezidentlə görüşdüm və ona dedim ki, ‘müharibə ab-havası hökm sürür. Biz adətən hesabatları Xameneinin köməkçisi Əli Əsgər Mir Hicaziyə təqdim edirdik, o da onları Ali Rəhbərə çatdırırdı. Saat 09:00-da Əli Əsgər Mir ilə görüşdüm və danışıqların nəticələri barədə ona məlumat verdim. Müharibə təhlükəsinin artdığını izah etdiyim zaman həmin məkan hücuma məruz qaldı. Həmin saatlarda Xarici Əlaqələr üzrə Strateji Şura həftəlik iclasını keçirirdi, Ali Rəhbər öz iş otağında idi, Əli Şəmxani isə Müdafiə Şurasının iclasına rəhbərlik edirdi. O günlərdə eyni vaxtda bir neçə iclasın keçirilməsi qeyri-adi hal deyildi. Lakin düşmənin bu görüşlər barədə məlumatlı olması, böyük ehtimalla, hələ də aradan qaldırılmamış kəşfiyyat məlumatının sızmasının nəticəsi idi. Əli Şəmxaninin Müdafiə Şurasında komandirlərlə keçirdiyi iclas, Şirazinin iş otağı, Hicazinin ofisi və Ali Rəhbərin iş otağı düşmənin rəhbərin iqamətgahı ərazisində hədəfə aldığı məkanlar idi”.
Abbas Əraqçi həmçinin bildirib ki, yeni Ali Rəhbər Müctəba Xamenei ilə hələ şəxsən görüşməyib: “Onunla indiyədək yalnız çox az sayda insan görüşüb”.
Kateqoriya: Sosium
Tarix: 19-07-2026 22:15
Baxış sayı: 314Yazı axını
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
Ən çox oxunanlar




























