Reklam
Bu ölkə uyğurlara SIĞINACAQ VERDİ
16-02-2020 11:02
Keçən il 962 Çin vətəndaşı sığınacaq üçün Almaniya müraciət edib.“Welt am Sonntag” nəşrinin verdiyi məlumata görə, bu, 2018-ci illə müqayisədə 2 dəfə çoxdur.
Almaniyadan sığınacaq almaq üçün 2018-ci ildə 447 Çin vətəndaşı müraciət edib. 2019-cu ildə sığınacaq üçün müraciət edən Çin vətəndaşlarının hər 5 nəfərindən birinə müsbət cavab verilib. Digər diqqət çəkən məqam isə müraciət edən uyğurlarla bağlıdır. Almaniyadan sığınacaq almaq üçün müraciət edən 962 Çin vətəndaşından 196 nəfəri uyğur olub. Almaniya isə müraciət edən uyğurların 96 faizinə sığınacaq verib.
Almaniyanın Çin vətəndaşı olan uyğurların müraciətinə müsbət cavab verməsi isə bu ölkədə uyğurların təzyiqlərlə üzləşməsi, 1 milyondan çox uyğurun təlim-tərbiyə verilməsi adı altında düşərgələrdə saxlanılması barədə yayılan məlumatlarla bağlıdır.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 16-02-2020 11:02
Baxış sayı: 3597Yazı axını
18 / 06 / 2026
18 / 06 / 2026
18 / 06 / 2026
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
Ən çox oxunanlar





























