Reklam
Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür
14-02-2020 11:52
Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür.Dalidag.az xəbər verir ki, bu bayram təqvimin ən gənc əlamətdar günlərindən biridir. Bayramın ənənəsi uşaqlara kitab bağışlamaq və onlarda kitaba məhəbbət yaratmaqdır.2012-ci ildən etibarən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmurun adı ilə bağlıdır. Bu ideyanı ona kiçik oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi günün olmamasını soruşub.
2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan Böyük Britaniyaya, Hindistandan Yeni Zelandiyaya qədər fərqli ölkələrdən olan blogerlər birlikdə hərəkət edərək insanları 14 fevralı “uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb. Mövcud olduğu ildən bu təşəbbüs bütün dünyada dəstək qazanır və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, blogerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb.
Hər il minlərlə kitab dünyanın bütün istiqamətlərinə göndərilir və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaşadır.Son illər Azərbaycanda da bu gün bir sıra tədbirlərlə qeyd edilir.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 14-02-2020 11:52
Baxış sayı: 31 601Yazı axını
18 / 06 / 2026
18 / 06 / 2026
18 / 06 / 2026
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
Ən çox oxunanlar





























