Reklam
Mehriban Sadıqova istefaya göndərildi
12-02-2020 11:37

Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos FMMM) rəhbəri Mehriban Sadıqova Rusiyada yaşayan azərbaycanlıların təkidli tələblərindən sonra istefa verib”.
Dalidag.az bildirir ki, bu barədə Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri məlumat verib.
Bildirilib ki, Mehriban Sadıqova qurumun bu gün çağırılan növbədənkənar toplantısında istefa verməyə məcbur olub.
Belə ki, təşkilatın üzvləri tələb ediblər ki, M.Sadıqova istefa verməsə, azərbaycanlılar təşkilatı kütləvi şəkildə tərk edəcək.
Məlumata görə, Rusiyada, xüsusən Moskvada azərbaycanlıların birləşməsinə mane olduğu bildirilən Mehriban Sadıqovanın istefası uzun müddətdir təşkilat üzvləri tərəfindən tələb edilirdi.
Yeni sədrin seçilməsi üçün bu ilin aprelinə qurultay çağırılıb. Məsələni dəqiqləşdirmək üçün modern.az Diasporla iş üzrə Dövlət Komitəsinə müraciət edib.
Komitədən məlumatı təsdiqləyiblər.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 12-02-2020 11:37
Baxış sayı: 4612Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























