Azərbaycanca çəkildiyi üçün tənqid etdi, cavabı sərt oldu- VİDEO

09-02-2020 12:12
Azərbaycanlı rejissor Yaqub Sadiq Camali “Ağ-qara” nəşrinin baş redaktoru Əmir Fərz İlahinin ötən gün Fəcr Film Festivalında “Atabay” filmini azərbaycanca (türkcə) çəkildiyi üçün tənqid etməsinə cavab verib.
Dalidag.az xəbər verir ki, “Koroğlu” tamaşasının rejissoru olan Camali İnstaqramda Əmir Fərz İlahini Təbrizə dəvət edib:
“Cənab dırnaqarası jurnalist! Sənin bütün səfər xərclərini öz cibimdən ödəyirəm! Təbrizə gəl, “Koroğlu” tamaşasında türklərin zəngin mədəniyyət, folklor və incəsənət okeanından yalnız cüzi bir hissəni gör! “Atabay” filmində gördüyün, “Koroğlu2 tamaşasında isə görəcəklərin azərbaycanlıların mədəni və incəsənət böyüklüyündən yalnız bir qismidir. Elə isə səsini kəs və səfərinin pulunu yatırmağım üçün hesab nömrəsi ver!”
Qeyd edək ki, Əmir Fərz İlahi ötən gün Fəcr Film Festivalında türkcə çəkilmiş “Atabay” filmini tənqid edərkən, “İranda heç kimin türk dilində film çəkmək haqqı yoxdur” deyə bildirmişdi:
“İranın rəsmi dili fars dilidir. Bu necə filmdir ki, onun tamaşaçısı filmə farsca alt yazı ilə baxmalıdır?!”
“Atabay” filminin rejissoru xanım Niki Kərimi cavabında demişdi ki, ölkədə çəkilən filmlərin hamısının dilinin farsca olmalı olduğunu kim deyib?
Filmin ssenari müəllifi və aktyoru Hadi Hicazifər isə etirazında bildirmişdi:
“Sən və başqa kimsənin türk dilini təhqir etməyə haqqı yoxdur və Konstitusiyaya əsasən, türk dili ölkədə tədris edilməlidir. İranda separatçılıq təfəkkürlərinin formalaşması sənin kimilərin faşist baxışlarına görədir”.kult.az
Dalidag.az




Kateqoriya: Sosium
Tarix: 09-02-2020 12:12
Baxış sayı: 3455
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını