Reklam

Ağstafada Dövlət Proqramının icrasının yekunlarına dair konfransın müzakirəsi keçirildi -ŞƏKİLLƏR
06-02-2020 21:50

Tədbiri giriş sözü ilə açan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 3-də Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda səsləndirdiyi “Bu il tarixi abidələrin bərpası üçün dövlət investisiya proqramında vəsait ayrılıb, biz buna da diqqət yetirməliyik. Bizim əsas tarixi abidələrimizin hamısı bərpa olunubdur, konservasiya edilibdir. Ancaq Azərbaycanda bir çox tarixi abidələr var və onların hər biri bizim üçün əzizdir. Ona görə bu tarixi abidələrin bərpası, onların əsl vəziyyətinə çatdırılması və bəzi hallarda konservasiyası xüsusi əhəmiyyət daşıyır. Bu məsələlərə maksimum diqqət göstərilməlidir" fikirlərini xatırladaraq dövlətin bütün sahələrə olduğu kimi bu istiqamətdə də diqqət və qayğısını yüksək qiymətləndirdiyini, tarixi abidələrin hər bir xalqın keçmişi, bu günü və gələcəyi olduğunu bildirdi. Natiq bu gün təcavüzkar erməni işğalı altında olan torpaqlarımızdakı tarixi abidələrimizə qarşı vandalizmin tətbiq olunmasından, abidələrin saxtalaşdırılaraq erməni abidəsi kimi dünyaya təqdim olunmasından və beynəlxalq təşkilatların bu məsələyə biganə qalmasından geniş bəhs etdi. Tarixi abidələri qorumağın fəaliyyət sahəsindən asılı olmayaraq hər bir vətəndaşın borcu olduğunu vurğulayan idarə rəisi regional idarənin əhatə etdiyi rayonlardakı qoruqlarla birgə əməkdaşlıq edilməsinin vacibliyindən, komissiya yaradılmasından, təmir-bərpaya ehtiyacı olan abidələrin siyahıya alınmasından, turist səfərlərinin, abidə və qoruqlarda mədəni-kütləvi tədbirlərin təşkilindən, ümumiyyətlə bu sahəyə diqqətin artırılmasından, abidələrimizə sahib çıxmağın zəruriliyindən bəhs etdi.
Tədbirdə həmçinin idarənin rəis müavini Gülgün Kərimov, Keşikçidağ Dövlət Qoruğunun əməkdaşları Fazilə Hüseynova, Mələknisə Mehdiyeva, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinin Ağstafa rayonu üzrə məsul nümayəndəsi Mübariz Orucov, həmin qurumun Qazax rayonu üzrə məsul nümayəndəsi Səadət Əliyeva və başqaları çıxış etdilər.
Ağstafa Regional Mədəniyyət İdarəsi
Dalidag.az










Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
