Reklam
Dövlət Komitəsinin Mətbuat xidmətinin məlumatı
04-02-2020 18:36
Bəzi elektron kütləvi informasiya vasitələrində Kürdəmir peşə liseyinin yataqxanasında bir neçə ailənin hələ də ağır vəziyyətdə yaşaması və yeni mənzilə köçürülməməsi barədə məlumat yayılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidməti bununla əlaqədar olaraq bildirir ki, 28 dekabr 2019-cu ildə Kürdəmir şəhərində 563 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi istifadəyə verilib. Kompleksə Kürdəmir rayonu ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşan məcburi köçkünlər köçürülüb. Bundan başqa, ətraf rayonlarda ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələrdən də burada mənzillə təmin edilənlər vardır.
Kürdəmirdə köçürülmənin başlandığı ilk obyektlər peşə liseyinin inzibati binası və iki yataqxanası olub. Bu obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrdən 135-nə yeni yaşayış kompleksində mənzil verilib. Mövcud qaydaya əsasən, 4 ailəyə mənzil verilməyib.
Həmin ailələrə yeni mənzilin verilməməsi onların mövcud əmlak və status vəziyyəti ilə əlaqədar olub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bir daha bəyan edir ki, məcburi köçkünlərə yeni mənzillərin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən ədalət və şəffaflıq prinsiplərinə uyğun şəkildə həyata keçirilir. Həmin Qaydanın 2.11.2-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə köçürülmə zamanı yeni yaşayış sahəsi verilmir.
Bundan başqa, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.2. bəndinə əsasən, məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmir.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 04-02-2020 18:36
Baxış sayı: 2548Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















