Reklam
Məcburi köçkün gənclər arasında “Əsgərə salam” adlı futzal turniri başlandı- ŞƏKİLLƏR
01-02-2020 14:50
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, ilk dəfə olaraq, məcburi köçkün gənclər arasında futzal turniri keçirir.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə təşkil edilən turnirdə Bakı şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbələrin sakinlərindən ibarət 9 komanda mübarizə aparacaq. Turnirin keçirilməsində məqsəd məcburi köçkün gənclərin sağlam həyat tərzinə təşviq edilməsi, idmanın kütləviliyinin təmin olunmasıdır.
Azərbaycanda Gənclər Günü ərəfəsində - fevralın 1-də Bakı Olimpiya Stadionunun örtülü futzal meydançasında turnirin açılış mərasimi olub. Açılış mərasimində çıxış edən Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov ölkəmizdə məcburi köçkünlərə göstərilən dövlət qayğısından, bu kateqoriyadan olan gənclərin sağlam həyat tərzi keçirməsi üçün müvəqqəti məskunlaşma yerlərində son vaxtlar yaradılan şəraitdən söz açıb.
Bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətinin əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına, sosial və iqtisadi problemlərinin həllinə, hüquqlarının müdafiəsinin təmin olunmasına kömək etməkdir. Ölkəmizdə davamlı olaraq gənclərlə bağlı dövlət proqramları həyata keçirilir. Hazırda “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı uğurla icra olunmaqdadır. Respublika ərazisində 40-a yaxın Gənclər Mərkəzi, 44 Olimpiya İdman Mərkəzi fəaliyyət göstərir.
Birinci vitse-prezident xanım Mehriban Əliyeva gənc nəslin fiziki və mənəvi sağlamlığına, sosial müdafiəyə xüsusi ehtiyacı olan uşaq və yeniyetmələrin cəmiyyətə inteqrasiyasına, onların həyatda öz yerini tutmasına, layiqli vətəndaş kimi böyüməsinə böyük qayğı göstərir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədə səmərəli fəaliyyəti cəmiyyətdə dərin rəğbətlə qarşılanır.
Qeyd edilib ki, məcburi köçkün gənclərin də hərtərəfli inkişafına xüsusi diqqət yetirilir. Dövlət ali və orta ixtisas təhsil müəssisələrinə ödənişlli əsaslarla qəbul edilən məcburi köçkünlər təhsil haqqından azad edilirlər. Onların məşğulluğunun artırılması üçün zəruri tədbirlər görülür.
Ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yeniyetmə və gənclərin vətənpətvərlik ruhunun yüksəldilməsi, fiziki və mənəvi sağlamlığının
möhkəmləndirilməsi ilə bağlı təsirli və səmərəli tədbirlər həyata keçirir. Komitənin bu il yanvarın 17-də başlatdığı “Əsgərə salam” hərbi vətənpərvərlik aksiyası geniş ictimai dəstək qazanıb. Hazırda da davam edən bu aksiyaya qoşulanların sayı minlərlədir. Aksiya çərçivəsində yanvarın 30-da Ağdamda 1200 gəncin iştirakı ilə fləşmob təşkil edilib, rayon ərazisində xidmət edən əsgərlərlə görüş keçirilib.
Məcburi köçkün gənclər arasında ilk dəfə keçirilən “Əsgərə salam “ adlı futzal turniri gələcəkdə ənənəvi xarakter alacağı və regionları da əhatə edəcəyi bildirilib. Diqqətə çatdırılıb ki, komandaların yaradılmasına və zəruri vasitələrlə təmin edilməsinə Dövlət Komitəsinin müvafiq strukturları, xüsusən, Mənzil İstismar Departamenti və qəsəbələrə xidmət edən mənzil-kommunal təsərrüfatı sahələri kömək göstəriblər. Turnirdə iştirak edən komandalar “Qarabağ”, “Həkəri”, “Ərgünəş”, “Şuşa", “Cəbrayıl", “Füzuli", “Çinar", “İmarət" və “Qarant” kimi doğma yurd yerlərimizi simvolizə edən adlarla da meydançaya çıxacaqlar.
Oyunlar həftənin şənbə və bazar günləri keçiriləcək və iki həftə ərzində başa çatdırılacaq. Qalib komandalara kubok və hədiyyələrlə mükafatlandırılacaqlar.
Açılış mərasimindən sonra turnirin ilk qarşılaşmaları keçirilib.
Dalidag.az

Kateqoriya: Sosium
Tarix: 01-02-2020 14:50
Baxış sayı: 2648
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02