Reklam
Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
28-01-2020 12:21
Ötən il ölkəmiz üçün uğurla başa çatıb, qarşıya qoyulan bütün vəzifələr icra edilib, dayanıqlı inkişaf və sabitlik təmin olunub. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar xalqımız tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir. Sosial-iqtisadi inkişaf sürətinə görə ölkəmiz dünyada öncül mövqedədir.Dalidag.az-ın məlumatına görə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən növbəti kollegiya iclasında bu barədə ətraflı danışılıb. Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə əlaqədar keçirilən müşavirədən irəli gələn vəzifələrdən söz açan Dövlət Komitəsinin sədri deyib ki, dövlətimizin başçısının təşəbbüsü ilə ötən il həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə edib. O cümlədən məcburi köçkünlərə verilən vahid aylıq müavinətin məbləği 50 faiz artırılıb. Ötən il beş minədək məcburi köçkün ailəsi yeni ev və mənzillə təmin edilib. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı ilə yeni mənzillərdə, ilk növbədə, hələ də ən ağır şəraitdə yaşayan məcburi köçkünlər yerləşdirilir.
Kollegiya iclasında komitənin mərkəzi aparatının, departamentlərin və tabe təşkilatların 2019-cu ilin yekunlarına dair hesabatları müzakirə edilib, kollegiyanın 2020-ci il üçün iş planı təsdiq olunub.
Kollegiyada müzakirəyə çıxarılmış məsələlər barədə müvafiq qərarlar qəbul olunub.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 28-01-2020 12:21
Baxış sayı: 3507Yazı axını
09 / 11 / 2025
08 / 11 / 2025
08 / 11 / 2025
08 / 11 / 2025
08 / 11 / 2025
08 / 11 / 2025
07 / 11 / 2025
06 / 11 / 2025
06 / 11 / 2025
06 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
03 / 11 / 2025
03 / 11 / 2025
01 / 11 / 2025
01 / 11 / 2025
31 / 10 / 2025
30 / 10 / 2025
30 / 10 / 2025
29 / 10 / 2025
29 / 10 / 2025
28 / 10 / 2025
28 / 10 / 2025
27 / 10 / 2025
27 / 10 / 2025
Ən çox oxunanlar




























