Reklam
İrandan dəvə ilə səyahətə çıxan turist doqquz ay sonra Gəncəyə çatdı
18-01-2020 14:26
Dalidag.az xəbər verir ki, dəvə ilə səyahətə çıxan Məhəmməd Əmiri Rudan İranın Bəndər-Abbas şəhərindəndir. O, ötən ilin may ayında İranın cənubundan dünya səyahətinə çıxıb. Doqquz ay sonra Azərbaycana çatan iranlı turist ötən gün Gəncə şəhərində olub. Məhəmməd Əmiri Rudan açıqlamasında Gəncənin tarixi haqqında çox eşitdiyini, lakin bu şəhəri heç vaxt görmədiyini deyib:
“Mən artıq haqqında çox eşitdiyin Gəncə şəhərindəyəm. Burada dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət edəcəm və şəhərin bir çox yerlərini gəzəcəm”.
Məhəmməd Əmiri qeyd edib ki, Azərbaycana qədəm qoyduğu gündən əhali onu səmimiyyətlə, qonaqpərvərliklə qarşılayıb:
“Çox gözəl ölkəniz var, insanlarınız çox mehriban, gülərüz, qonaqpərvərdirlər”.
Qeyd edək ki, iranlı turist Məhəmməd Əmiri Azərbaycanda Avropaya getmək niyyətindədir. Avropa səyahətindən sonra isə o, Mərkəzi Amerika, Avstraliya və Afrika ölkələrini də gedəcəyini açıqlayıb.apa
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 18-01-2020 14:26
Baxış sayı: 3661Yazı axını
03 / 09 / 2026
03 / 09 / 2026
02 / 09 / 2026
01 / 09 / 2026
01 / 09 / 2026
01 / 09 / 2026
31 / 08 / 2026
31 / 08 / 2026
30 / 08 / 2026
30 / 08 / 2026
29 / 08 / 2026
28 / 08 / 2026
28 / 08 / 2026
27 / 08 / 2026
27 / 08 / 2026
26 / 08 / 2026
24 / 08 / 2026
24 / 08 / 2026
24 / 08 / 2026
24 / 08 / 2026
24 / 08 / 2026
23 / 08 / 2026
22 / 08 / 2026
Ən çox oxunanlar






























