Əsir hərbçilər nə zaman Azərbaycana veriləcək?
11-12-2023 14:53
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı 7 dekabr tarixində birgə açıqlama yayıb. Açıqlamada tərəflər arasında bir sıra razılığın əldə edildiyi bildirilib.Razılaşmaya əsasən, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı əsgəri azad edəcək.
Bəs hərbçilər nə zaman dəyişdiriləcək?
Dalidag.az xəbər verir ki, hazırda Ermənistanda əsir saxlanılan əsgər Aqşin Bəbirovun anası Dürdanə Bəbirova Modern.az-a deyib ki, onlara övladlarının nə zaman Azərbaycanda olacağı barədə rəsmi məlumat verilməyib:
“Övladlarımızın azadlığa buraxılması xəbərini eşitdiyimizin səhəri günü “Qırmızı Xaç”dan bizə zəng edib gözaydınlığı verdilər. Lakin bizə oğlanlarımızın nə zaman gələcəyi, hazırda harada olduğu ilə bağlı məlumat verilməyib. Sıradan insanlar, bəzi hərbçilər, jurnalistlər hərə bir söz deyir. Kimə inanacağımızı bilmirik. Biz də istəyirik ki, övladlarımız tezliklə vətəndə olsun. Düzdür, şad xəbəri eşitmişik, sevincimizin həddi-hüdudur yoxdur. Allah Prezidentimizdən razı olsun! Onu Azərbaycan xalqına çox görməsin. Lakin ana kimi səhərə qədər bilmirik nə düşünək. Yəqin ki, sənəd məsələləri var. Deyirlər ki, sənədlər hələ yazılır. Təhvil -təslim yoxdur”.
D.Bəbirova Yeni ilə qədər həsrətə tam son qoyulacağına inandığını vurğulayıb:
“İnşallah, Yeni ilə kimə bu həsrətə son qoyular. İnanırıq ki, azad ediləndən sonra müalicəyə cəlb olunsalar da ailələri ilə görüşdürəcəklər. Biz övladlarımızın əsirikdən qayıdandan sonra yaşadıqları psixoloji durumlarına və sağlamlığına görə dövlətimizin nəzarətində olmasını istəyirik”.

Kateqoriya: Sosium
Tarix: 11-12-2023 14:53
Baxış sayı: 3315Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30

.jpg)