Reklam
Polşada azərbaycanlılara pulsuz xidmət: Bütün ölkələrdə belə olacaq
17-01-2020 11:07

Dünyanın hər bir ölkəsində yaşayan azərbaycanlılar üçün pulsuz hüquqi yardım göstəriləcəyi ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən bir müddət öncə ANONS verilmişdi.
Dalidag.az-ın məlumatına görə artıq ötən gün Polşada bu məsələyə start verilib. Beləliklə, 2020-ci ildən başlayaraq Polşada yaşayan azərbaycanlılar pulsuz hüquqi yardım ala biləcəklər.
Polşadakı Azərbaycanlıların diaspor rəhbəri Cavid Zeynalov modern.az-a açıqlamasında bildirib ki, ilk dəfədir ki, Polşada yaşayan azərbaycanlılara belə yardım göstəriləcək:
“2019-cu ilin noyabrında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşaya səfər etmişdi. Polşada yaşayan azərbaycanlıların çoxu, o cümlədən tələbələr Fuad Muradovla görüşmüşdü. Dövlət Komitəsinin sədri görüş zamanı azərbaycanlıların əsas problemlərini soruşmuşdu. Həmin vaxt biz azərbaycanlılar hüquqi yardıma ehtiyacımızın olduğunu dilə gətirdik. Çünki bəzi məsələlər var ki, onları həyata keçirtmək çətin olur.
Məsələn, tələbələr viza almaq üçün bilmirlər kimə müraciət edib sonra oturum kartı alsınlar. Tutaq ki, kimsə ailəsini gətirib bura yerləşdirir. Bu zaman sənədləşmə problemləri yaranır və sairə. Buna görə də Polşa Azərbaycanlıları Assosiasiası olaraq təklif kimi hüquqi yardım mərkəzinin yaradılmasını səsləndirdik. Beləliklə, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hüquqi yardım mərkəzi yaradıldı”.
Cavid Zeynalovun sözlərinə görə, ən böyük dəstəyi Azərbaycan hökuməti edib:
“Layihəni Polşa Azərbaycanlıları Assosiasiası yazıb. Dəstək isə Azərbaycan dövlətindən gəlib. Həftədə bir dəfə 2 saat olmaqla hüquqşünas Pyotr Savic Polşa Azərbaycanlıları Assosiasiasının ofisində istənilən azərbaycanlı ilə görüşüb ona pulsuz hüquqi yardım göstərəcək. Pyotr Savic tanınmış vəkildir. Polşada yaşayan xaricilərlə məşğuldur”.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 17-01-2020 11:07
Baxış sayı: 3553Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















