Reklam
Rövşən Rzayev “Qobu Park”da məcburi köçkünlərlə görüşüb -ŞƏKİLLƏR
16-01-2020 16:30
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində məcburi köçkünlərlə görüşüb. Dalidag.az xəbər verir ki, Dövlət Komitəsinin sədri qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin mühüm istiqamətləri, son bir ildə görülən işlər barədə danışıb, ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrdən söz açıb. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirir və zəruri tədbirlər görür. Son iki ildə məcburi köçkünlər üçün 13 yeni qəsəbə salınıb, bu kateqoriyadan olan vətəndaşlara verilən vahid aylıq müavinətin məbləği ötən il 50 faiz artırılıb. Bakıda, Sumqayıtda və regionlarda yeni yaşayış komplekslərinin inşası davam etdirilir.
Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə həssaslıqla yanaşır, onlarla görüşlər keçirir, qaldırdıqları məsələlərin həlli ilə bağlı tapşırıqlar verir və icrasına nəzarət edir.
Dövlətimizin məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü, ardıcıl tədbirlərə ölkəmizin özəl sektorunun da dəstək verdiyi qeyd olunub. Bildirilib ki, “Qobu Park” layihəsi bütünlüklə özəl sektor tərəfindən gerçəkləşdirilir. Kompleksin üçüncü mərhələsi üzrə işlər də artıq yekunlaşmaq üzrədir. 1300 ailəlik “Qobu Park-3” qəsəbəsəinin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.
Dövlət Komitəsinin sədri məcburi köçkünlərin çoxsaylı müraciətlərini dinləyib, suallarını cavablandırıb. Müraciətlər mənzil-mənzil şəraitinin və su təchizatının yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi, iş yerlərinin açılması və s. məsələlərlə bağlı olub. Yazılı və şifahi müraciətlərin hər biri qeydə alınıb. Görüşdə qaldırılan bütün məsələlərə baxılacağı, müvafiq qaydada rəsmi cavab veriləcəyi bildirilib.
Görüşdə iştirak edənlər dövlətimizin onlara göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edib, ölkə rəhbərliyinə təşəkkürlərini bidiriblər
Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 16-01-2020 16:30
Baxış sayı: 3607Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















