Reklam
Qızının ev tapşırığı atanın həyatını xilas etdi - ŞƏKİL
16-01-2020 11:46

Bu barədə “Daily Mail” xəbər yayıb.
Bildirilir ki, hadisə İngiltərənin İpsuiç şəhərində Suffolk qraflığında baş verib. Beş uşaq atası olan 43 yaşlı Conatan Cenkin qızı Elis ilə ev tapşırığını yerinə yetirirmiş. “Həmin gün biz limfa sistemini keçirdik. Mən ona dərslərində yardım edirdim”, - deyə ata xatırlayır.
Cenkinin sözlərinə görə, o, limfa düyünlərini öz bədənində göstərmək qərarına gəlib və görüb ki, onlardan biri bərk iltihablanıb.
Ata müayinədən keçib və onda ağız boşluğu xərçəngi müəyyən olunub. “Biologiyadan ev tapşırığı həyatımı xilas etdi. Şişi vaxtında gördüyüm üçün çox şadam”, - deyə britaniyalı etiraf edir. Artıq o, uğurlu şəkildə radio və kimyəvi terapiyadan keçib və sağalıb.
“Bütün bu olanlardan sonra mən bir tövsiyə verə bilərəm: Uşaqlarınıza hər zaman ev tapşırığında yardım edin”, - deyə Ceniks sözlərini yekunlaşdırıb.
Dalidag.az




Kateqoriya: Sosium
Tarix: 16-01-2020 11:46
Baxış sayı: 3547Yazı axını
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
Ən çox oxunanlar





























