Reklam
Kəlbəcərlilər məskunlaşan qəsəbə ərazisində qətl - qardaş bacısını öldürdü
02-11-2023 11:03
Noyabrın 2-də saat 7 radələrində Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 34 yaşlı Səbinə Abbasovanın ölməsinə dair Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.**
Daxili İşlər Nazirliyi Gəncədə törədilən qətllə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Kəlbəcər Rayon Polis Şöbəsinə Gəncə şəhər ərazisindəki yataqxanaların birində bir nəfər qadına kəsici-deşici alətlə çoxsaylı xəsarət yetirilməsi barədə məlumat daxil olub.
Dərhal Kəlbəcər Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.İlkin araşdırmalar zamanı məlum olub ki, Bərdə rayon sakini, 39 yaşlı Hüseyn Abbasov şəxsi münasibətlər zəminində bacısı, 34 yaşlı Səbinə Abbasovaya çoxsaylı xəsarətlər yetirmiş və sonuncu xəstəxanaya aparılan zaman ölmüşdür.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.

Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 02-11-2023 11:03
Baxış sayı: 3572Yazı axını
17 / 08 / 2026
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17