Reklam

Aqil Məmmədov: "Ermənilərin terror təşkilatları yaratmaqda əsas məqsədi dünyada yaşayan türklərə qarşı qətliam törətməkdir"
26-07-2023 15:16

Bu hadisədən sonra Cənubi Qafqazda erməni etnosunun sosial çəkisi artdı. Bu gün xalqımıza qarşı etnik təmizləmə, qətliamlar hələ də törədilir və beynəlxalq aləmdə erməni terroru davam etməkdədir. Ümumiyyətlə erməni terroru haqqında bütün dünya məlumatlıdır və əziyyət çəkir. Belə ki, ermənilər XIX əsrin sonlarında, 1887-ci ildə Hnçaq, 1890-cı ildə Daşnaksütyun və s. beynəlxalq səviyyəli terror təşkilatları yaratmışdılar. Bu təşkilatların əsas məqsədi Türkiyə və dünyanın istənilən yerlərində türklərə qarşı terror aktları törətmək, səfirliklərə və nümayəndələrinə hücüm etməkdən ibarət olmuşdur.
Ermənlərin beynəlxalq aləmdə törətdiyi terror hadisələrinə toxunan Milli Məclisin deputatı Aqil Məmmədov Dalidag.az-a açıqlamasında bildirib ki, hər il 27 iyul tarixində Ermənistan ictimaiyyəti “Lissabon 5” adlı anım mərasimi keçirir. Bu tədbir Amerika Birləşmiş Ştatları, Fransa, Livan erməniləri tərəfindən də qeyd olunur. "Adətən belə tədbirlərdə erməni ruhaniləri “öz ləyaqətli ölümləri ilə erməni icmasını sarsıtmış azadlıq uğrunda canlarından keçən qəhrəmanların” şərəfinə rekviyemlər söyləyirlər: "Lissabon 5 nədir? 1983-cü il iyulun 27-də Sarkis Abrahamyan, Setrak Acemyan, Vaçe Dağlıyan, Ara Kurcuhliyan və Simon Yahneyan Lissabondakı Türkiyə səfirliyinə daxil olaraq müvəqqəti işlər vəkilinin xanımı Cahidə Mıhıçoğlunu və 17 yaşlı oğlu Atasayı girov götürmüşlər. Portuqaliya Baş naziri Mario Soares hadisəni nəzarət altına almış və hadisə yerinə göndərdiyi 170 polis səfirliyin binası mühasirəyə almışdır. Terrorçular diplomatın xanımını və bir Portuqaliya polisini qətlə yetirərək özləri ilə bərabər binanı partlatmışlar. Hadisəyə ABŞ Prezidenti Ronald Reyqan da münasibət bildirmişdir. Terrorçuların xanımı qətlə yetirmələri onu xüsusilə təsirləndirmişdir. O demişdir: “Biz digər ölkələrin hökumətləri ilə birgə çalışaraq buna birdəfəlik son qoyacağıq.” ABŞ Milli Təhlükəsizlik Şurasının üzvü Oliver North terrorçuların neytrallaşmasına yönəlmiş Milli Təhlükəsizlik Qərarları Direktivi (MTQD) hazırlamışdır. 138 nömrəli həmin MTQD Amerikanın özünü terrorçulardan qoruma hüququnu özündə ehtiva edir. Bu tarix ərəfəsində erməni cəmiyyətində terrorçuların qəhrəmanlaşdırılması məsələsinə münasibət bildirilməsi məqsədəmüvafiqdir", deyə deputat qeyd etmişdir.
Beləliklə, ermənilərin törətdiyi terror, qətliam hadisələrini saymaqla bitən deyil. Və təssüflər olsun ki, bir çox hallarda dünya bu dəhşətli hadisələrə, qanlı olaylara ya göz yumur, ya da biganə yanaşır. Dünyada erməni terroru davam edir...
Müşfiq Zülfüqar
Dalidag.az



Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
