Bakıya yağan güclü yağış nəticəsində Sədərək Ticarət Mərkəzində fəaliyyət göstərən obyektlərin su altında qalması ticarət mərkəzi ilə bağlı problemləri bir daha gündəmə gətirdi. Müzakirələr zamanı Sədərək Ticarət Mərkəzində kanalizasiya, yanğından mühafizə sisteminin bərbad vəziyyətdə olması, avtomobillərin parklama yerlərinin normalara cavab verməməsi, obyektlərin necə gəldi, pərakəndə şəkildə standarta uyğun olmadan tikilməsi kimi məsələlər önə çəkilib. Sahibkarların sosial şəbəkələrdə yazdıqları şikayətlərdən isə belə məlum olub ki, hansısa sahibkar problemlərlə bağlı etiraz edirsə, onun icarəyə götürdüyü obyekt Sədərək Ticarət Mərkəzinin rəhbərliyi tərəfindən əlindən alınır, özü isə oradan qovulur. Bir sözlə, hüquqi şərtlər bazar rəhbərliyinin xeyrinə çalışır. Müzakirələr fonunda Sədərək Ticarət Mərkəzinin rəhbəri Yusif Qədimbəyli (Sədərək Yusif) ciddi tənqid olunub.
Dalidag.az-ın məlumatına görə, pravda.az-a fikirlərini bölüşən hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, Sədərək Ticarət Mərkəzi çox sayda sahibkarın qazanc yeridir.
“İş olmasa, Sədərəkdə çalışanlar nə ilə dolansın, evinə pul gətirsin? Onları qorumaq lazımdır. Həm də camaat şəhərdən 15 manata aldığı malı Sədərəkdən qat-qat ucuz ala bilir. Buna görə də Sədərək həm sahibkarların qazanc yeridir, həm də sadə insanların sərfəli alış-veriş edə bildikləri ticarət mərkəzidir. Sədərəyin rəhbəri orada fəaliyyət göstərən hər bir mağazaya cavabdehdir. O sahibkarlar Sədərək Ticarət Mərkəzində elə-belə oturmayıblar ki. İcarə haqqı verirlər, pul köçürürlər. Yusif Qədimbəyli sahibkarların rahatlığını təmin etməlidir. Əgər etmirsə, sahibkarların hamısı birmənalı onu məhkəməyə verməlidir. Bu, doğrudan da, məhkəmə işidir. Özünə korporasiya düzəltmisənsə, mən də sənə pul ödəyirəmsə, sən də bütün nöqsanlara cavabdehsən. Sahibkarların məhkəməyə, polisə verməyə ixtiyarları var. Çox şey edə bilərlər. Sadəcə, insanlar öz haqlarını, hüquqlarını bilmirlər, buna görə də belə vəziyyətdədirlər. Yağış yağıb, kanalizasiya pis işləyirsə, bu məsələdə də Sədərəyin rəhbərliyi günahkardır. Oradakı bütün mağazaları sığortalamalıdırlar, bu da vacibdir. Camaat çox şeyi bilmir. Sığortalasaydılar, gedib sığortaçının “boğazından tutacaqdılar” ki, təbii fəlakət olub, malların pullunu versin. Başa düşürəm, Sədərəkdə işləyənlərin hamısı beş manat pul qazanmaqdan ötrü ora gedirlər. Amma qanunları da bilməlidirlər. Sözsüz ki, hamısı Sədərək Ticarət Mərkəzinin rəhbərliyi ilə müqavilə bağlamalıdır. Vəkil tutmalıdırlar. Birlik yoxdur, satıcıların birliyi olsa, Sədərək rəhbərliyi heç nə edə bilməz”, - deyib.
N.Cəfəroğlu şikayətlərdə Sədərək Ticarət Mərkəzinin rəhbəri Yusif Qədimbəylinin Naxçıvandan olmasına diqqət çəkilməsini isə belə şərh edib: “Bu saat bütün idarələrdə naxçıvanlılar oturmayıb ki. O qədər məmurlar var, ağdamlı, qarabağlı, gəncəli, şəkilidir. Hər yerin pisi də var, yaxşısı da. Özüm şəxsən saymışam ki, nazirlərin hansı haradan gəlib. Odur ki, günahı naxçıvanlıların üstünə atmamalıdırlar. Naxçıvanlıların da içində pisi də olur, yaxşısı da. Yusif Qədimbəyli pis naxçıvanlılardandır, indi biz nə edək? Hər şeyi naxçıvanlıların üstünə atmaq düzgün deyil. Mən də naxçıvanlıyam, amma kirayədə yaşayıram. Naxçıvanlıların əksəriyyəti sadə insanlardır. Özü də təmiz, dürüst insanlardır. Ömür boyu öz çörəklərini özləri qazanıblar. 30 ildir, naxçıvanlılar Bakıya ancaq təyyarə ilə gedib-gəlirlər. Əkib-becərdikləri malı gətirib Bakıda sata bilmirlər. Qatar olanda axşamdan minib, səhər Bakıya çatırdılar, mallarını bazara təhvil verib qaydırdılar. İndi o da yoxdur. Axı naxçıvanlılar da çox əzab-əziyyət çəkirlər. Vasif Talıbov onlara zülm etdi. Ona görə naxçıvanlıların yarısı Bakıdadır. Sədərəklə bağlı problemlər isə Yusif Qədimbəylinin naxçıvanlı olduğuna görə yox, pis adam olduğuna görədir. “Naxçıvan” adını hallandırmaq düzgün deyil”.
Reklam
“Mən də naxçıvanlıyam, amma kirayədə yaşayıram...” - Novella Cəfəroğlu “Sədərək Yusif”i tənqid etdi
19-07-2023 11:36
Kateqoriya: Sosium
Tarix: 19-07-2023 11:36
Baxış sayı: 3114
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02