Dövlət Komitəsində bir ilk: Dünya Bankı ilə qrant sazişi imzalandı
02-06-2023 16:35
İyunun 2-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Dünya Bankı arasında “Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” qrant layihəsi üzrə Razılaşma Məktubu imzalanıb.Sənədi Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Dünya Bankının səlahiyyətli nümayəndəsi-Azərbaycan, Avropa və Mərkəzi Asiya ölkələri üzrə meneceri Sara Mayklimzalayıblar.
Layihənin əsas məqsədi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraqölkəmizdə 2023-2026-cı illər ərzində işğaldan azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulanməcburi köçkün ailələrin bacarıqlarının, dəstək xidmətlərinə çıxışın və gəlirgətirən sahələr üzrə imkanlarının artırmasından ibarətdir.
Ortaq əməkdaşlıq çərçivəsində işğaldan azad edilmiş ərazilərdə reinteqrasiya tədbirləri çərçivəsində müxtəlif proqramların həyata keçirilməsində icmaların iştirakının təmini, davamlı inkişaf siyasətinə hazırlıq məqsədilə məcburi köçkün icmalarda bacarıqların artırılması, onların inkişaf etməsi üçün zəruri mühitin yaradılması məqsədilə maarifləndirmə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 36 ay davam edəcək layihəyə ümumilikdə 18 şəhər və rayon üzrə 520 benefisiarın bilavasitə eyni sayda ailəni əhatə etməklə, ümumilikdə 2500 nəfərdən çox işsiz şəxsin cəlb edilməsi planlaşdırılır. Qrant layihə çərçivəsində hazırda yaşayış şəraitinə görəhəssas kateqoriya kimi müəyyən edilmiş məcburi köçkünlərə üstünlük veriləcəkdir.
Dalidag.az



Kateqoriya: Sosium
Tarix: 02-06-2023 16:35
Baxış sayı: 3218Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















