Reklam
İran Trampın başına 80 milyon dollar mükafat qoydu
06-01-2020 11:48

İranın Dövlət Televiziyası hər bir iranlını mükafat fonduna 1 dollar keçirməyə çağırdı.
Britaniyanın “The Daily Mirror” saytı “en24”-ə istinadən xəbər veririk, İranın dövlət televiziyası Qasım Süleymaninin matəm tədbiri ilə bağlı canlı yayın verib. İranın molla rejimi bu hadisədən təbliğat vasitəsi kimi yararlanmağa çalışır. Ölkədə Amerikaya qarşı ciddi təbliğat kampaniyası aparılır.
İranın dövlət televiziyası bəyan edib ki, Amerika prezidenti Donlad Trampı öldürənə 80 milyon dollar mükafat veriləcək. Sui-qəsdi törədən şəxs bu mükafatı qəbul etməlidir.
Mükafatın 80 milyon dollar olması da təsadüfi deyil. Çünki İranda 80 milyon insan yaşayır. Ona görə də bu mükafatı yığmaq üçün xüsusi fond yaradılmalıdır və hər bir iranlı o fonda 1 dollar ödəməlidir.
Dövlət Televiziyasında belə çağırışların səslənməsi Qərbdə ağlasığmaz hadisə kimi qarşılanıb. Adı çəkilən media orqanları sözügedən elanın fars dilində olan mətnini də yayıblar. musavat.com
Dalidag.az

Kateqoriya: Sosium
Tarix: 06-01-2020 11:48
Baxış sayı: 4563Yazı axını
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
Ən çox oxunanlar





























