Alt-komitənin iclasında Böyük Qayıdış prosesi haqqında məlumat verilib

26-05-2023 17:20

Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən Ədliyyə, azadlıq və təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri üzrə alt- komitəsinin 10-cu iclası keçirilib.


Dalidag.az
-ın xəbərinə görə, iclasda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov iclasın ikinci hissəsində miqrasiya, məcburi köçkünlük, sığınacaq məsələləri mövzusunda keçirilən müzakirələrdə çıxış edib.
Dövlət Komitəsinin sədr müavini çıxışı zamanı ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük probleminin yaranmasının tarixi səbəbləri, Ermənistanın deportasiya və işğalçılıq siyasətinin ağır nəticələri, onların aradan qaldırılması üçün həyata keçirilən tədbirlər, həmçinin bu sahədə beynəlxalq təşkilatların humanitar fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, keçmiş məcburi köçkünlər hər zaman Prezident İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunub, onların sosial problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xüsusi həssaslıqla yanaşır.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğalçı Ermənistana qarşı apardığı “Dəmir yumruq” əks-həmlə hərbi əməliyyatı nəticəsində ərazi bütövlüyümüzün bərpa edildiyi, məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq hüququnun yarandığı qeyd edilib. Hazırda dövlət tərəfindən işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri
həyata keçirilir, dağıdılmış yerlər, rabitə-kommunikasiya xətləri bərpa edilir.
Məcburi köçkünlərin doğma yurdlarının işğaldan azad edilməsini böyük sevinc hissi ilə qarşılayıb və geri qayıdışa hazır olduğu, lakin işğal dövründə ərazilərin Ermənistan tərəfindən minalanmasının bu prosesi ləngitdiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, dəqiq mina xəritələrini tam şəkildə təhvil verməkdən imtina etməklə Ermənistan fundamental insan hüquqlarını, xüsusən də yaşamaq hüququnu kobud şəkildə pozur.
Qeyd edək ki, alt-komitənin iclasında Azərbaycan tərəfini Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi və digər dövlət qurumları, eləcə də İnsan hüquqları üzrə Müvəkkilin Aparatının nümayəndələri təmsil ediblər. Aİ tərəfindən tədbirdə Avropa Xarici Fəaliyyət Xidməti, Avropa Komissiyasının müxtəlif struktur bölmələri və Aİ-nin Azərbaycan nümayəndəliyinin təmsilçiləri iştirak ediblər.

Dalidag.az





Kateqoriya: Sosium
Tarix: 26-05-2023 17:20
Baxış sayı: 3166
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını