Reklam

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib - Şəkil
23-05-2023 19:11

Mayın 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Prezident İlham Əliyevin apardığı mükəmməl siyasi xəttin ölkəmizin hərtərəfli və davamlı inkişafını, bütün sosial layihələrin ardıcıl icrasını təmin etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi üçün zəruri tədbirlər görülür. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban
Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür. Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.
Komitə sədrinin qəbulunda əksəriyyəti məcburi köçkün olan vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.
Dalidag.az





Yazı axını
13 / 10 / 2025
12 / 10 / 2025
11 / 10 / 2025
11 / 10 / 2025
10 / 10 / 2025
09 / 10 / 2025
09 / 10 / 2025
09 / 10 / 2025
08 / 10 / 2025
08 / 10 / 2025
07 / 10 / 2025
07 / 10 / 2025
06 / 10 / 2025
05 / 10 / 2025
05 / 10 / 2025
04 / 10 / 2025
04 / 10 / 2025
04 / 10 / 2025
02 / 10 / 2025
01 / 10 / 2025
01 / 10 / 2025
30 / 09 / 2025
29 / 09 / 2025
Ən çox oxunanlar