Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ağacəkmə tədbirləri keçirilib
23-05-2023 18:47

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının100 lliyi münasibətilə növbəti ağacəkmə aksiyası keçirib.
Komitədən Dalidag.az-a verilən məlumata görə, Bakı şəhərinin Qaradağ və Sabunçu rayonlarında, Sumqayıt şəhərindəki 13-cümikrorayonda, Abşeron rayonunda və Şirvan şəhərində məcburi köçkünlər üçün salınmış yaşayış komplekslərində keçirilən aksiyalarda Dövlət Komitəsinin rəhbər işçiləri və sakinlər iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin ölkəmizdə təbii sərvətlərin mühafizəsinə, onlardan səmərəli istifadə olunmasına, ekoloji mühitins ağlamlaşdırılmasına xüsusi diqqət yetirdiyi minnətdarlıq hissi ilə xatırlanıb. Ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması, ağacların əkilməsi, yaşıllıq zolaqlarının genişləndirilməsi ilə bağlı tədbirlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, soydaşlarımızın təmiz ekoloji şəraitdə yaşaması prioritet kimi müəyyənləşdirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ekologiyanın və ətraf mühitin qorunmas ıistiqamətində mühüm tədbirlər görülür.
Aksiya iştirakçıları işğaldan azad olunmuş ərazilərdə ekologiyaya ağır zərbə vurulduğunu, təbii sərvətlərimizin vandallar tərəfindən məhv edildiyini qeyd ediblər. Məcburi köçkünlər dövlətin diqqəti və dəstəyi ilə doğma yurdlarının əvvəlki gözəlliyini bərpa edəcəklərini, ekoloji tarazlığın inkişafına töhfə verəcəklərini bildiriblər.
İndiyədək keçirilmiş aksiyalar zamanı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbələrinə razisində yüzlərlə şam və zeytun ağacı əkilib, onlara aqrotexniki qulluq göstərilib.
Dalidag.az











Kateqoriya: Sosium
Tarix: 23-05-2023 18:47
Baxış sayı: 3361Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















