"Heydər Əliyev – əbədiyaşar Ümummilli Lider" mövzusunda tədbir keçirilib - ŞƏKİLLƏR

19-05-2023 14:29

"Heydər Əliyev İli" çərçivəsində YAP Kəlbəcər rayon təşkilatı  Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Gəncə şəhərində  fəaliyyət göstərən  Kəlbəcər rayon 5 saylı orta məktəbində 18 may 2023-cü il tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar "Heydər Əliyev –  əbədiyaşar Ümummilli Lider"  mövzusunda tədbir keçirilib.                                        

Dalidag.az xəbər verir ki, tədbirdə  Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Şərqi Zəngəzur Regional  Təhsil İdarəsinin Kəlbəcər rayon sektorunun müdri Namiq Rəcəbov və məktəbin müəllim-şagird kollektivi iştirak edib.                                         
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.                                                                   
Şərqi Zəngəzur Regional  Təhsil İdarəsinin Kəlbəcər rayon sektorunun müdri Namiq Rəcəbov çıxışında Azərbaycanın memarı və qurucusu Ulu Öndərin dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər gördüyünü, ölkəmizin bu günü və gələcəyi üçün zəngin irs qoyduğu vurğulayıb.                                                                                             
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, Azərbaycanın yetirdiyi dahi şəxsiyyətlərdən biri kimi Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu qətiyyətli siyasət, zəngin və çoxşaxəli irsi, əbədiyaşar ideyaları bundan sonra da Azərbaycanı daim irəliyə, möhtəşəm uğurlara, qələbələrə aparacaq. Onun dünya şöhrətli lider kimi müdrik, uzaqgörən portreti insanlığın yaddaşında hər zaman özünəməxsus yer tutacaqdır.                                                     
Məktəbin direktoru Nizami Əkbərov çıxış edərək bildirdi ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir.                     
Sonda YAP Kəlbəcər rayon təşkilatı tərəfindən  Partiyanın  fəal üzvlərinə diplomlar təqdim edildi.

Dalidag.az




Kateqoriya: Sosium
Tarix: 19-05-2023 14:29
Baxış sayı: 3250
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını