Priqojin Baxmutdakı uğursuzluqları etiraf edib - Müharibə Araşdırmaları İnstitutu
19-05-2023 11:32
Rusiyanın "Vaqner" özəl hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojin etiraf edib ki, muzdlular şəhərin şimal və cənubunda sabit cinahların itirilməsi səbəbindən Baxmutda Ukrayna Müdafiə Qüvvələrinin bölmələrini mühasirəyə ala bilmirlər.
Dalidag.az xəbər verir ki, bu, ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun (MAİ) Ukrayna müharibəsi ilə bağlı gündəlik təhlil hesabatında öz əksini tapıb.
Qeyd olunub ki, Priqojin Rusiya Federasiyasının Müdafiə Nazirliyini əlverişli mövqeləri itirməkdə ittiham edib.
"Priqojin, ehtimal ki, Ukrayna qoşunlarının qaçılmaz mühasirədən qorxaraq Baxmutdan tamamilə geri çəkiləcəyini gözləyib və hətta Prezident Volodimir Zelenskiyə martın 3-də Ukrayna qoşunlarını şəhərdən çıxarmağa icazə verməyi təklif edib. Bununla belə, Ukrayna Müdafiə Qüvvələri Baxmutun qərbində yerüstü əlaqəni qorumağa davam edib, bu da "vaqnerçilər"i şəhər ərazilərində döyüşməyə və şəhərin içindən keçməyə məcbur edib. Priqojinin etirafı da Ukrayna rəsmilərinin "vaqnerçilər"in döyüş meydanında təşəbbüsü itirməsi ilə bağlı bəyanatlarını təsdiqləyir", - hesabatda bildirilib.
Vurğulanıb ki, Priqojin və onun muzdluları ilə əlaqəsi olan bloqçular da Rusiya qüvvələrinin Baxmutun cinahlarını qorumaq üçün lazım olan təşkilatlanma, atəş dəstəyi, koordinasiya və təlimdən məhrum olduğunu açıqlayıblar.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 19-05-2023 11:32
Baxış sayı: 3259Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















