Reklam

Eldar Həsənovun "Heydər Əliyev ili"ndə azad ediləcəyinə ümidimiz böyük idi
09-05-2023 19:23

Uzun illər Ulu Öndər Heydər Əliyevin komandasında çalışan keçmiş baş prokuror, iyirmi ilə yaxın səfir olaraq Azərbaycan Respublikasını xarici ölkələrdə ləyaqətlə, vicdanla təmsil edən şəxs azadlığa çıxmadı. Heydər Əliyev ilində, Heydər Əliyevin anadan olmasının 100 illiyinin şərəfinə imzalanan əfv proqramı çərçivəsində azad edilmədi. Heydər Əliyevin komandasının ən sadiq üzvü Heydər Əliyev ilində həbsxana divarları arasında saxlanıldı. Mayası-qayəsi dürüstlüklə, mərdliklə yoğrulmuş dövlət adamı kimlərin yerini dar edir, bunu bilmirik. Azərbaycan dövlətinə, Bir zamanlar Ulu Öndər Heydər Əliyevə və ondan sonra İlham Əliyev cənablarına sədaqətlə xidmət edən dövlət xadimini nədən bu yaşında, səhhətində yetərincə narahatlıq olduğu nəzərə alınmadı...
Eldar Həsənovun Azərbaycan dövlətinə, onun rəhbərinə xəyanət etmədiyini hər kəs bilir, lakin susur. Bu nə düşmənçilikdir? Nədən ömrünün böyük hissəsini dövlətimizə xidmətlərdə keçirən, dövlət xadiminin keçmişi, bu günü nəzərə alınmır? Bu gün yetərincə ölkəmizin ətrafında düşmənlər olduğu halda, ölkəsinə xalqına millətinə, ləyaqətlə vicdanla xidmət edən bir dövlət xadimindən "düşmən" düzəldib təqdim etməyə çalışanlar. Nə demək istəyirlər? Bunu edənlər düşünməlidir ki, bu etdiklərinin bir gün cəzasını alacaqlar, qanunlar qarşısında cəzalanmasalar da. Bəs Allahın cəzasından qorxmurlar? Eldar Həsənov elm adamı, dövlət xadimi kimi indiki həsas zamanda dəmir barmaqlıqlar arxasında deyil, Prezidentinin yanında olmalıdır. Bədxahlar etdikləri bu pisliklərə rəğmən heç zaman Eldar Həsənovu Ali Baş komandanımız İlham Əliyev cənablarına qarşı qoya bilməyəcəklər. Əqidəsi, amalı Azərbaycan xalqına xidmət etmək olan şəxsiyyəti heç zaman öz əqidəsindən döndərə bilməz, heç zaman mövqeyindən çəkindirə bilməyəcəksiniz. Bir gün, bəlkədə sabah Ali Baş komandanımız İlham Əliyev cənablarının sərəncamı ilə Eldar Həsənov haqq etdiyi azadlığa qovuşacaq. Sizlərin xain, xəbis pislik dolu xislətiniz özünüzə qalacaq. Burda qədim yunan filosofu Aristotelin bir fikrini xatırlamaq yerinə düşər. Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir.
Rövşən Hüseynli
Dalidag.az



Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
