Reklam
Türkiyə XİN-dən Ermənistana xəbərdarlıq
27-04-2023 09:46
Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanda Osmanlı hərbi - siyasi liderlərinin və Azərbaycan rəsmilərinin qətlinin səbəbkarlarına həsr olunmuş abidənin açılışını kəskin şəkildə pisləyib.
“Biz İrəvanda 1920-ci illərin əvvəllərində Osmanlı siyasi və hərbi liderlərinə, o cümlədən dövrün Azərbaycan rəsmilərinə və hətta bəzi erməni əsilli Osmanlı vətəndaşlarına qarşı sui-qəsdlərin səbəbkarlarına həsr olunmuş “Nemesis abidəsi”nin açılmasını qətiyyətlə qınayırıq. Bu rüsvayçı abidənin açılışı 31 diplomatımızın və onların ailə üzvlərinin qətlə yetirildiyi dəhşətli və qanlı terror aktını tərənnüm edir.
Erməni mətbuatında bu hadisənin necə təqdim olunması da onu göstərir ki, tarixin təhrif olunmuş və təsdiqi mümkün olmayan təfsiri bəzi düşüncələrdə hələ də davam edir.
Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin ruhu ilə bir araya sığmayan bu cür təxribatçı addımlar heç bir halda regionda davamlı sülh və sabitliyin bərqərar olması səylərinə töhfə verməyəcək, əksinə, normallaşma prosesinə mənfi təsir göstərəcək”, - deyə XİN-dən bildirilib.
Kateqoriya: Sosium
Tarix: 27-04-2023 09:46
Baxış sayı: 3258Yazı axını
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20




























