Reklam
Talış sakinləri doğma yurda qayıdışın sevincini yaşayır - Video
17-04-2023 12:39

Tərtər rayonunun Talış kəndinə köçürülmüş sakinlər buradakı həyat şəraiti, uyğunlaşma prosesi və gələcək planları barədə fikirlərini bölüşüblər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Dalidag.az-a verilən məlumata görə, 2023-cü il martın 16-da Talışa ilk köç karvanı ilə gəlmiş kənd sakinləri, məktəblilər buaradakı şəraitdən və doğma kənddə dönüşdən məmnundurlar. Onlar Ali Baş Komandan cənab İlham Əliyevə, qüdrətli Azərbaycan Ordusuna, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizə və fədakar qazilərimizə minnətdar olduqlarını bildiriblər.
Xatırladaq ki, Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə 20 ailə köçürülüb. Yurd həsrəti bitən 90 kənd sakini bu torpağa yeni nəfəs gətiriblər.
Dövlət Komitəsinin əməkdaşları ilə söhbətdə Talış sakinləri doğma yurda qayıdışın sevinci ilə yanaşı, burada gördükləri işlərdən də söz açıblar.
Dalidag.az

Kateqoriya: Sosium
Tarix: 17-04-2023 12:39
Baxış sayı: 3231Yazı axını
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
03 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
Ən çox oxunanlar





























