Ermənistanda "Artsax" ifadəsinin işlədilməsi qadağan edildi

16-03-2023 11:48

“Ermənistanın müdafiə naziri Suren Papikyan dünən (martın 15-də-red.) nazirliyin bölmələrində “Artsax (?!) Respublikası” ifadəsinin işlədilməsinin qadağan edilməsi ilə bağlı məxfi əmr imzalayıb”.
Dalidag.az xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb.
Nəşrin məlumatına görə, nazirin əmrində yazılıb: ““Artsax Respublikası” sözünü leksikondan çıxarmaq, yalnız “Dağlıq Qarabağ” sözlərindən istifadə etmək lazımdır”.
Bildirilib ki, S.Papikyanın əmri Müdafiə Nazirliyi sistemində vəzifəyə yeni təyin edilən, eyni zamanda istefada olan hərbçilər arasında narazılıq yaradıb. Amma onlarda da Ermənistandakı bir çox vəzifəli şəxslər kimi işdən çıxarılacaqlarından qorxaraq susmağa üstünlük verirlər.publika.az

Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 16-03-2023 11:48
Baxış sayı: 3156
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını