Reklam
AĞLAGƏLMƏZ YENİLİK: artıq görüntülü danışdığınız adama toxuna biləcəksiniz
22-11-2019 14:32

Virtual məkanda qarşınızdakı şəxs sizdən nə qədər uzaqda olursa olsun, artıq o adama toxuna biləcəksiniz.
ABŞ-ın Nortvestern Universitetinin biomühəndisi Con Rocers və komandası yeni, kabelsiz və batareyasız toxunma hissini virtual mühitə köçürən "ağıllı dəri” təqdim ediblər.
Elm dünyası illərdir virtual dünyaya hisslərimizi əlavə etmək üçün işlərini davam etdirir. Çox sayda "elektronik dəri” cihazı istehsal edilsə də, bu texnologiyalar həmişə kabelli elektrodlara bağlı olurdu. Sözügedən aparatlar sürətli reaksiya vermirdi və o qədər də effektli deyildi. Ancaq Con Rocersin cihazı daha sürətli və real hisslər yaşadır.
Virtual toxunuş yumşaq və elastik bir təchizata qoşulmuş, sürətli proqramlaşdırıla bilən miniatür titrəməli disk sayəsində reallaşır. Bu sistem sayəsində ağıllı dəri, bədənə sensorlar vasitəsilə məlumat girişini təmin edir. Beləcə özümüzü qarşı tərəfə toxunmuş kimi hiss edirik.
Dalidag.az

Kateqoriya: Sosium
Tarix: 22-11-2019 14:32
Baxış sayı: 5576Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























