Reklam
“Bu variant üzərində işləyək” – Paşinyandan Qarabağ təklifi
20-11-2019 12:05

Ermənistan Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin bütün tərəfləri üçün məqbul olan variant üzərində işə başlamağı təklif edib.
Dalidag.az teleqraf.com-a istinadən xəbər verir ki, o bu barədə rusiyalı jurnalistlərlə görüşündə danışıb.
Paşinyan vurğulayıb ki, Qarabağ münaqişəsinin həlli Ermənistanın təhlükəsizliyi və ölkənin gələcəyini təmin etmək baxımından prioritetdir.
Baş nazirin sözlərinə görə, onun Qarabağ tənzimlənməsinə yanaşması Ermənistanın əvvəlki prezidentlərinin mövqelərindən fərqlənir:
“Əgər bir həll yolundan danışırıqsa, davamlı sülh və sabitlik istəyiriksə, üç xalq üçün məqbul bir həll tapmalıyıq. Əgər Azərbaycan Prezidenti eyni bəyanat versə, bu, danışıqlar prosesində həqiqi bir irəliləyiş əldə etmək şansımızın olacağını göstərir”.
Bununla əlaqədar olaraq, Nikol Paşinyan Azərbaycan tərəfini “üç tərəf” üçün məqbul olan bir həll variantı üzərində işləməyə dəvət edib.
Bununla yanaşı, o qeyd edib ki, bu günə qədər hamı üçün məqbul olan variantlar olmayıb.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 20-11-2019 12:05
Baxış sayı: 5544Yazı axını
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
Ən çox oxunanlar





























