Reklam
Yaponlar kosmosu tullantılardan təmizləyəcək - Proses necə baş verəcək?
06-07-2020 22:45

Kosmik tullantılar günümüzdə olan böyük problemlərdən biridir.
"Technote" xəbər verir ki, alimlərin hesablamalarına əsasən Yer kürəsinin orbitində 170 milyona yaxın kiçik obyekt var.
Həmin kiçik obyektlər kosmosun müşahidə olunması və kosmik raketlərin göndərilməsində ciddi problemlər yarada bilərlər. Yapon tədqiqatçılar bu problemi aradan qaldırmaq üçün orijinal həll yolu tapıblar. Belə ki, onlar kiçik obyektləri lazer şüası ilə məhv etməyi bacaran xüsusi peyki Yer kürəsinin orbitinə göndərmək istəyirlər.
Yer kürəsinin orbitinə lazer şüasına sahib xüsusi peykin göndərilməsi ideyası Yaponiyanın JSAT şirkətinə sahibdir. Sözügedən peyk 2026-cı ildə Yer kürəsinin orbitinə göndəriləcək.
İlkin mərhələdə bu peyk artıq sıradan çıxmış peyklərdən və digər kiçik süni obyektlərdən ayrılmış kiçik tullantılar üzərində test olunmağa başlayacaq. Peyk böyük olmayan impulslar buraxa bilən zəif lazer sistemi ilə təchiz olunacaq.
İdeyanın məğzi Yer kürəsinin orbitində olan kiçik obyektləri birdəfəlik məhv etmək yox, onları əritməkdir.lent.az
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 06-07-2020 22:45
Baxış sayı: 4492Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20




























