Reklam

Bill Qeyts pandemiyadan danışdı: Çip sistemi qaçılmazdır...
02-07-2020 21:04

Dalidag.az xəbər verir ki, bu sözləri məşhur milyarder, "Microsoft" şirkətinin sahibi Bill Qeyts deyib.
Xatırladaq ki, pandemiyanın ilk günlərindən indiyə qədər ən müxtəlif şəkildə versiyalar ortaya atılıb, bu versiyaların bəzilərində Bill Qeytsin adı hallanııb, hətta COVİD-19-un Qeyts tərəfindən ortaya çıxarıldığı fikirləri də səsləndirilib. ABŞ Prezidenti Donald Trampın sabiq müşavirlərindən Rocer Stoun iştirak etdiyi bir proqramda qlobal problemə çevrilmiş COVİD-19 pandemiyasının yaradılmasında Qeytsin əli ola biləcəyi ehtimalını irəli sürüb. Bildirib ki, Bill Qeytsin bu virusun yaradılması və yayılma sürətində rolu olub-olmadığı müzakirələri açıq aparılmalıdır. Stoun həmçinin Bill Qeytsin insanlara mikroçip taxmaq üçün epidemiyadan istifadə edəcəyini də anons edib.
Pandemiyaya qarşı mübarizəyə milyonlarla dollarlıq yardım göstərən Bill və Melinda Qeyts Fondunun rəhbəri olan Bill Qeyts bir müddət əvvəl virusun təsirinə dair açıqlamaları ilə diqqətə gəlmişdi.
Pandemiyadan dövlətlərin nəticə çıxaracağını bildirən Qeyts inanır ki, bu çərçivədə əvvəlcədən xəbərdarlıq sistemlərinin (çip) həyatımıza daxil olmasını gözləyir. Onun fikrincə, əvvəlcədən lazımı tədbirlər görülsəydi bu gün tırlyonlarla dolların xərclənməsinə ehtiyac qalmazdı.
Koronavirusa oxşar virusların hər 20 ildən bir qarşımıza çıxa biləcəyini xatırladan Qeyts indi yaşanan durumdan dərs götürüləcəyinə və gələcəkdə analoji durumda daha hazırlıqlı vəziyyətdə olacağımıza inandığının ifadə edib.
Xatırladaq ki, Bill Qeyts virusdan illər əvvəl dünyanın belə bir durumla qarşı-qarşıya gələ biləcəyini bildirmişdi:
“Dünya müharibə üçün hazırlanmaq əvəzinə ciddiyyətlə pandemiya üçün hazırlanmalıdır”.teleqraf.com
Dalidag.az



Yazı axını
10 / 09 / 2025
09 / 09 / 2025
09 / 09 / 2025
08 / 09 / 2025
07 / 09 / 2025
07 / 09 / 2025
07 / 09 / 2025
06 / 09 / 2025
06 / 09 / 2025
05 / 09 / 2025
04 / 09 / 2025
03 / 09 / 2025
02 / 09 / 2025
01 / 09 / 2025
31 / 08 / 2025
30 / 08 / 2025
29 / 08 / 2025
29 / 08 / 2025
28 / 08 / 2025
28 / 08 / 2025
25 / 08 / 2025
25 / 08 / 2025
Ən çox oxunanlar