Azərbaycanda növbəti tədris ili nə vaxt başlayacaq? - RƏSMİ AÇIQLAMA
14-05-2020 16:04
“Növbəti tədris ilində hansı tədbirlərin görüləcəyi ilə bağlı işçi səviyyəsində ciddi görüşlər keçirilir və müzakirələr aparılır. Bununla bağlı qərar yəqin ki, iyun ayında ictimaiyyətə açıqlanacaq”.
Dalidag.az xəbər verir ki. bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.Nazirlik rəsmisi qeyd edib ki, bu tədris ilinin sonunda tədqiqat xarakterli qiymətləndirmə aparılacaq: “Əsas məqsəd şagirdlərin pandemiya dövründə öyrənməli olduqları proqramların məzmununu nə qədər mənimsədiklərini müəyyənləşdirməkdir. Bununla bağlı təkliflərlə çıxış edəcəyik”.
C.Valehov əlavə edib ki, istər orta təhsil, istərsə də ali təhsil müəssisələrində tədris ilinin uzadılması gözlənilmir: “Müzakirələr zamanı qərara gəlinib ki, ola bilsin yay aylarında televiziya vasitəsilə tematik proqramların tədrisi davam etdirilsin”.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar martın 3-dən etibarən Azərbaycanın bütün təhsil müəssisələrində tədris dayandırılıb./report
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 14-05-2020 16:04
Baxış sayı: 4975Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















