ADNA-da törədilən terror aktından 11 il ötür
30-04-2020 11:13
Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən qətliamdan 11 il ötür.Dalidag.az xəbər verir ki, hər kəsi dəhşətə gətirən hadisə 2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verib. ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə ”Makarov” tipli tapançadan atılan atəşlə xəsarət yetirib. Nəticədə 12 nəfər dünyasını dəyişib, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Hadisəni törədən Fərda Qədirov sonradan özünə atəş açaraq intihar edib. Hadisədə təqsirli bilinən 4 nəfər- Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov məhkəmə qarşısına çıxarılıb. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Gürcüstan vətəndaşları - Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Terrorun sifarişçisi kimi adı keçən və İnterpol tərəfindən axtarışa verilən erməni əsilli Mardun Qumaşyan isə hələ də azadlıqdadır.
Terror zamanı həyatını itirənlər:
1. Məmmədov Taleh Tariyel oğlu, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)
2. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)
3. Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)
4. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)
5. Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)
6. Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)
7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)
8. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)
9. Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)
10. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)
11. Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)
12. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)
Yaralananlar:
İsayev Kənan
Mustafa Məhəmməd
Rüstəmbəyov Faiq
Şirəliyev İlkin Azər oğlu (1989-cu il)
Mustafayev Elşən Elbəy oğlu (1989-cu il)
Axundov Rəhman
Cəmiyev Elvin Azər oğlu (1989-cu il)
Hüseyinli Zemfira
Daas Muavviyyə (Suriya)
Seyidəhməd Əmru
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 30-04-2020 11:13
Baxış sayı: 4660Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















