Reklam
DİM-dən imtahan tarixləri ilə bağlı AÇIQLAMA
20-04-2020 12:26
“Hazırda biz ali və orta ixtisas təhsili müəssisələrinə buraxılış və qəbul imtahanının tarixi barədə heç nə deyə bilmərik. Çünki imtahanların tarixi Nazirlər Kabineti yanında operativ qərargahın qərarından asılıdır”.Dalidag.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nigar Hüseynova AZTV-nin efirində deyib.
Onun sözlərinə görə, xüsusi karantin rejimi bitdikdən sonra DİM tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun, qəbul və buraxılış imtahanlarının tarixləri elan ediləcək:
“DİM ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunu hər zaman onlayn şəkildə keçirir. Biz hazırda sənəd qəbulunu həyata keçirə bilərik, ancaq sənəd qəbulu zamanı elə bir kontingent olur ki, onlar mütləq sənəd qəbulu komissiyasına gəlməlidirlər.
Məsələn, bir şəxs xaricdə orta təhsil alıb, təhsilini Azərbaycanda davam etdirmək istəyir. Bu barədə məlumat da bizim bazada mövcud olmur. Onlar sənədləri qəbul etməlidirlər. Belə abituriyentlər Azərbaycanın ali və orta ixtisas müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün sənədlərini komissiyaya təqdim etməlidirlər”.
“Bunun üçün biz gözləyirik ki, xüsusi karantin rejimi bitsin”, - deyə şöbə müdiri qeyd edib.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 20-04-2020 12:26
Baxış sayı: 3848Yazı axını
06 / 11 / 2025
06 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
03 / 11 / 2025
03 / 11 / 2025
01 / 11 / 2025
01 / 11 / 2025
31 / 10 / 2025
30 / 10 / 2025
30 / 10 / 2025
29 / 10 / 2025
29 / 10 / 2025
28 / 10 / 2025
28 / 10 / 2025
27 / 10 / 2025
27 / 10 / 2025
26 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
23 / 10 / 2025
23 / 10 / 2025
22 / 10 / 2025
Ən çox oxunanlar




























