Reklam
190 manatı almaq üçün işsiz olmanın təsidiqi qaydası
20-04-2020 12:08

Hazırda mənə ünvanlan suallar arasında "müraciət etmişik, amma 190 manat haqqında SMS gəlməyib" sorğusu üstünlük təşkil edir.
Dalidag.az xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu sosial şəbəkə hesbında bildirib.
Əgər siz işisz kimi qeydiyyat üçün müraciət etmisinszə, bundan sonra müraciət edən şəxs işaxtaran kimi qeydiyyata alınır və bu barədə məlumat işaxtaranın elektron kabinetində yerləşdirilir və mobil nömrəsinə SMS göndərilir ki, "siz MAS-da iş axratan kimi qediyyata alınmısınız. Vakansiya bankından münasib vakansiyalara müraciət edə bilərsiniz. 1 iş günü ərzində özünüzə münasib iş seçərək təsdiq etməyiniz təklif olunur. Əks halda 5 iş günü ərzində sizə uyğun iş seçilərək təqdim olunacaq".
İşaxtaran kimi qeydiyyata alınmış şəxsə Mərkəz tərəfindən 5 iş günü müddətində münasib iş təklifi edilmədiyi və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi və ya göndərişə münasibətdə işəgötürənin hərəkətsizliyi halında həmin şəxsin işsiz kimi qeydiyyata alınması barədə qərar qəbul olunur, onun fərdi məşğulluq vərəqində müvafiq qeydlər aparılmaqla, şəxsi kabinetinə yerləşdirilir və 5 iş günündən sonra müraciət edən şəxsə işsiz statusu verilir. İşsiz statusu veriləndən sonra isə ona birdəfəlik yardım verilməsi üçün şərtlər araşdırılır, əgər aşağıdakı şərtlərdən heç biri pozulmursa, onda ona 190 manat birdəfəlik yardım ödənilməsi barədə qərar qəbul edilir.
Şərtləri təkrar edirəm:
ünvanlı dövlət sosial yardımı (ÜDSY) alan ailələrin üzvlərinə;
əmək pensiyaçılarına;
aylıq müavinət alanlara;
aylıq təqaüd alanlara;
özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə;
işsizlikdən sığorta ödənişi alanlara;
peşə hazırlığına görə təqaüd alanlara;
2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya (KTS) almış şəxslərə;
əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara;
əri və ya arvadı ÜDSY və ya KTS alan şəxslərə.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 20-04-2020 12:08
Baxış sayı: 4451Yazı axını
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12





























