Reklam
190 manata görə qeydiyyatdan keçənlərin nəzərinə
17-04-2020 10:33
190 manatlıq birdəfəlik ödəmə üçün qeydiyyatdan keçən xeyli insan var. Lakin onların əksəriyyətinə ödəmənin təyin olunub-olunmaması ilə bağlı bildiriş göndərilməyib. Dövlət Məşğulluq Xidməti bildirişlərin göndərilməmə səbəbini və onlayn qeydiyyat bölməsində edilən yenilikləri açıqlayıb.Dalidag.az xəbər verir ki, Ağcabədi sakini Qəhrəman Rəhimov kimi 190 manatlıq birdəfəlik ödəmə üçün qeydiyyatdan keçən, lakin hələ də heç bir cavab almayan insanlar var. Onları düşündürən əsas məsələlərdən biri də odur ki, hər hansı bir səbəbdən ödəmə təyin edilməyənlərə də bununla bağlı bildiriş sms-i göndəriləcəkmi?
Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızının sözlərinə görə, birdəfəlik ödəmə üçün minlərlə müraciət var. Artıq 120 min nəfərə birdəfəlik ödəmə təyin olunub.Vətəndaşlara ödəmənin təyin edilməsi sms-ləri ilə yanaşı, imtina bildirişləri də göndərilir. Artıq 20 min nəfərə imtina sms-i göndərilib. Cavab mesajlarının göndərilməsi ilə bağlı konkret bir müddət yoxdur.
Qeydiyyatdan keçən bütün şəxslərə yaxın günlərdə bununla bağlı bildirişlər göndəriləcək. Daha bir məsələ isə E-sosial portalının "Onlayn Müraciət" bölməsində yeniliyin edilməsidir.
Hazırda qeydiyyat zamanı "həyat yoldaşının FİN kodu" hissəsində onun əcnəbi olması və digər seçimlər qoyulub. Əvvəl isə bu yox idi və FİN kodun yazılması məcburi idi. Ona görə də bəzən vətəndaşlar həmin hissəyə müxtəlif hərf və rəqəmlər yazmaqla qeydiyyatdan keçməli olurdular. Həmin şəxslərə də ödəmənin təyin edilməsində problem yaranmayacaq.
Birdəfəlik ödəmə üçün qeydiyyat davam edir.xezerxeber
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 17-04-2020 10:33
Baxış sayı: 3488Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























