Reklam
Dərslər nə vaxt başlayır?- TƏHSİL NAZİRLİYİNDƏN AÇIQLAMA
14-04-2020 14:45
“Xüsusi karantin rejimi dövründə şagirdlərin biliklərinin qiymətləndirilməsi məsələsinə fərdi yanaşma olmalıdır. Təbii ki, teledərslər vasitəsilə tədrisin 100 faiz mənimsənilməsi mümkün deyil. Burada söhbət müəyyən səviyyədən gedə bilər”.
Dalidag.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev deyib.O dərslərin nə vaxt başlanması ilə bağlı bildirib ki, hazırda koronavirus pandemiyasının nə qədər davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil:
“Təbii ki, müəyyən müddətdən sonra karantin rejimi ləğv ediləcək. Şagirdlərimiz də tədris müəssisələrində tədrislərini davam etdirəcəklər. Belə olduğu halda təhsilverənlər, yəni müəllimlər, pedaqoqlar müəyyən vasitələrdən istifadə edərək teledərslər zamanı şagirdlərin təhsil proqramlarını necə mənimsənilməsi ilə bağlı qiymətləndirmə aparacaqlar. Bundan sonra da müvafiq qərar qəbul ediləcək. Təbii ki, hazırda bununla bağlı dəqiq cavab vermək mümkün deyil. Vəziyyəti daim nəzarətdə saxlayırıq və müvafiq təhlillər apardıqdan sonra Təhsil Nazirliyi tərəfindən qərar veriləcək”.
İ.İsayev qeyd edib ki, şagirdlərə hər hansı güzəştin edilməsi ilə bağlı indidən nəsə demək doğru olmaz: “Mövcud vəziyyəti heç kim gözləmirdi. Təbii ki, bütün imkanlardan istifadə olunaraq təhsilalanlara maksimum dərəcədə kömək ediləcək ki, təhsilini bitirə bilsinlər”.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 14-04-2020 14:45
Baxış sayı: 51 236Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























