"O,Türkiyəni və Azərbaycanı eyni sevən insandı"- "Kəlbəcərə Qayıdış" İctimai Birliyinin müraciəti
13-04-2020 16:11
"Kəlbəcərə Qayıdış" İçtimai Birliyi iş adamı, xeyriyyəçi, ictimai xadim Mübariz Mənsimovun həbsi ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət göndərib.Dalidag.az bildirir ki, məlumatına görə müraciətdə deyilir:
“Azərbaycan əsilli iş adamı, "Palmali" Şirkətlər Qrupunun sahibi, vətənpərvər insan, ictimai xadim Mübariz Mənsimovun Türkiyədə həbs olunması ilə bağlı narahatçılığımızı Sizə çatdırmağı özümüzə borc bilirik. M.Mənsimov illərdi Türkiyədə çalışır, Türkiyənin iqtisadiyyatına öz töhfəsini verir, eyni zamanda Azərbaycan üçün də xidmət göstərir. O, Türkiyəni və Azərbaycanı eyni dərəcədə sevən bir insandı, həmişə iki qardaş ölkənin dostluğunun, əlaqələrinin möhkəmləndirilməsinə çalışıb. O, türk və islam dünyasının problemlərinə heç vaxt biganə qalmayıb, hər hansı bir problemin həlli üçün əlindən gələn köməyi göstərməyə çalışıb. M.Mənsimov Azərbaycana qarşı Ermənistan tərəfindən törədilən işğalla, Qarabağ məsələsi ilə bağlı həmişə vətənpərvər mövqe tutub. İşğala, Ermənistana qarşı, sözdə “erməni soyqırımı” iddialarına qarşı fəal mücadilə aparıb.
Biz "Kəlbəcərə Qayıdış" İctimai Birliyi Mübariz Mənsimova qarşı cinayət işinin haqlı və ya haqsız olduğunu demək istəmirik. Türkiyə hüquq mühafizə sisteminin ədalətli işinə inanırıq. Sadəcə, M.Mənsimovun Azərbaycan, Türkiyə, bütün islam, türk dünyası qarşısında xidmətlərinin, Türkiyə və Azərbaycandakı xeyriyyəçilik fəaliyyətinin nəzərə alınmasını istəyərdik. Bir məsələ də nəzərə alınmalıdır ki, bu hadisə Azərbaycanla Türkiyə arasındakı qardaşlıq əlaqələrinə xələl gətirmək istəyən düşmənlərimizin təxribatı da ola bilər. Bütün deyilənləri nəzərə alalraq Mübariz Mənsimovun məhkəmə işini nəzarətə götürməyinizi, onun tezliklə azadlığa buraxılması üçün təşəbbüs etməyinizi xahiş edirik."
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 13-04-2020 16:11
Baxış sayı: 4889Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















