Reklam
Stalinin şok proqnozu üzə çıxdı: Epidemiya...
22-03-2020 15:32
Keçmiş SSRİ-nin lideri İosif Stalinin biblioqrafiyasında koronavirus epidemiyasına dair proqnozu tapılıb.Dalidag.az xəbər verir ki, Stalin 1947-1948-ci illərdə yazdığı məqaləsində Yaponiyaya atom bombardmanını tənqid edir və ABŞ hökumətinin nüvə silahlarından da qorxunc vasitələrə əl atacağını bildirir.
Sovet lideri inanırdı ki, kapitalistlər dayandırılmasa, bioloji silahlardan onların maraqlarına xidmət etməyən ölkələri tabe etmək üçün istifadə edəcəklər:
“İllər keçəcək, nəsillər dəyişəcək. Əgər Sovet xalqı bir gün sayıqlığını itirərsə, şirin sözlərə inanarsa, amma Vaşinqtonun yalan danışan və kapitalın vəhşi dünyasını qoruyan Atlant olduğunu unudarsa, bu, bütün planet üçün problem olar. Atom bombaları əvəzinə bütün xalqlara öz dəstələrini və epidemiya göndərəcəklər.
Hədəflərinə çatmaq yolunda yolunda belə viruslar görünəcək, seçilmiş və itaət etməyən bütün üsyankar xalqlara qarşı bunlardan istifadə olunacaq, həmişə kapitalistlərin hədəfində olduğunuzdan əmin olun. Buna görə yalnız bu iyirmi ildə deyil, növbəti iyirmi ildə də deyil, bu pisliyin mənbəyi planetdə mövcud olduğu müddətdə diqqətli olmalıyıq”.
Amerikalı senator Bob Doul Stalinin fikirlərinin sosial şəbəkələrdə yayılmasından sonra bunu “cəfəngiyyat” adlandırıb. Amerikalı məşhur politoloq Henri Kissincer buna şərh verməyin çətin olduğunu bildirib. ABŞ-ın digər rəsmilərindən isə hələlik açıqlama yoxdur.
Çin bir neçə gün əvvəl ABŞ-ı ölkə ərazilərində pandemiya yayılmaqda ittiham etmişdi.teleqraf.com
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 22-03-2020 15:32
Baxış sayı: 41 189Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























