Reklam
Səhiyyə Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
21-03-2020 12:24

Azərbaycan Səhiyyə Nazirinin müavini Rahim Əliyev vətəndaşlara çağırış edib.
Dalidag.az-ın məlumatına görə o, bu barədə AzTV-nin “Hədəf” verilişində deyib.
Nazir müavininin sözlərinə görə, vətəndaşlar özünü qorumağa biganə yanaşmamalıdırlar. İnsan özünü mühafizə etməklə ətrafını, yaxınlarını qorumuş olacaq.
“Bildiyiniz kimi, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə martın 19-da saat 00:00-dan etibarən respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılıb. Bu qərarın vaxtında verilməsi özünü doğruldur. Çünki xəstəliyin yayılmasının qarşısını almaq üçün atılan əsas addımlardandır.
Hazırda Səhiyyə Nazirliyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) digər qurumlarla birlikdə Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına uyğun tədbirlər görür.
Bundan sonra da hansı qərarlar qəbul edilərsə, onlara uyğun addımlar atılacaq.
Əsas odur ki, xəstəliyin yayılmasının qarşısının alınması üçün əlimizdən gələni edək”, - deyə nazir müavini qeyd edib.oxu.az
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 21-03-2020 12:24
Baxış sayı: 3637Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















