Reklam
Dövlət Komitəsində ilk dəfə videoqəbul təşkil edilib -ŞƏKİL
17-03-2020 17:40
Bu gün komitə sədri Rövşən Rzayev, əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşlarla videozəng vasitəsilə əlaqə saxlayıb, onların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Prezident İlham Əliyevin apardığı mükəmməl siyasi xəttin ölkəmizin hərtərəfli və davamlı inkişafını, bütün sosial layihələrin ardıcıl icrasını təmin etdiyi, qlobal pandemiya ilə bağlı fövqəladə şəraitdə əhalinin təhlükəsizliyinin qorunması, koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər görüldüyü diqqətə çatdırılıb. Belə şəraitdə yalnız dövlət tərəfindən həyata keçirilən tədbirlərin deyil, bütün cəmiyyətin, o cümlədən qaçqınların və məcburi köçkünlərin sosial məsuliyyətdən irəli gələn addımlarının, görülən işlərə dəstəyinin vacibliyi qeyd edilib. Eyni zamanda vurğulanıb ki, qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həll edilməsi məqsədilə bu il müəyyənləşdirilmiş bütün tədbirlər yerinə yetiriləcəkdir.
Birinci vitse-prezident xanım Mehriban Əliyevanın qaçqınlara və məcburi köçkünlərə xüsusi diqqqət və qayğı göstərdiyi, hazırki şəraitdə onların sağlamlığının qorunması üçün bütün zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verdiyi bildirilib.
Komitə sədrinin videoqəbulu beş saatdan çox davam edib. Əksəriyyəti məcburi köçkün olan 40-dan çox vətəndaşın müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınıb. Hər bir müraciət araşdırlacaq və cavablandırılacaqdır.
Komtədə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, digər vəzifəli şəxslərin də videoqəbulları təşkil ediləcəkdir.
Bu barədə məlumatları vətəndaşlar komitənin rəsmi internet səhifəsindən ala, həmçinin 012 525-41-03 və ya 055 900-12-40 nömrəli telefonlara zəng etməklə komitənin vəzifəli şəxslərinin onlayn rejimdə qəbuluna yazıla bilərlər.
Bu zaman vətəndaş hansı vəzifəli şəxsin qəbulunda olmaq istədiyini bildirməli, özü haqqında məlumat və əlaqə üçün telefon nömrəsi verməlidir.
Onlayn rejimdə qəbul növbəlilik əsasında, vətəndaşlara Komitədən zəng edilməklə aparılacaqdır.
Dalidag.az



Kateqoriya: Sosium
Tarix: 17-03-2020 17:40
Baxış sayı: 4457Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar






























