Reklam

Azərbaycanda teledərslərin yayımı dayandırılacaq
18-03-2020 11:23

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının yayımı müvəqqəti dayandırılacaq.
Dalidag.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, sabah teledərslərin keçiriləcəyi son gün olacaq. Dərslərə Novruz bayramı ilə əlaqədar fasilə verilir. Martın 24-dən həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımına yenidən başlanılacaq.
Xatırladaq ki, koronavirus təhlükəsi ilə əlaqədar martın 3-dən bütün təhsil müəssisələrində tədris dayandırılıb. Bununla əlaqədar martın 11-dən Təhsil Nazirliyinin dəstəyi ilə şagirdlər üçün teledərslərin keçirilməsinə başlanılıb.
Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.
İbtidai sinif şagirdləri üçün “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi”, “Təsviri incəsənət”, “Xarici dil”, 5-11-ci sinif şagirdləri üçün isə “Azərbaycan dili”, “Riyaziyyat”, “Xarici dil”, “Tarix”, “Coğrafiya”, “Kimya”, “Fizika”, “Biologiya” fənləri üzrə qısa videodərslər təqdim edilir.
Dalidag.az



Yazı axını
13 / 08 / 2025
13 / 08 / 2025
12 / 08 / 2025
12 / 08 / 2025
09 / 08 / 2025
08 / 08 / 2025
07 / 08 / 2025
06 / 08 / 2025
05 / 08 / 2025
04 / 08 / 2025
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
Ən çox oxunanlar
08-08-2025 19:24
