Zəngəzurun dəhlizinin açılması istiqamətində işlər davam edir.
Dalidag.az istinadən bildirir ki, bunu Türkiyə Respublikasının keçmiş Baş naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, millət vəkili Binəli Yıldırım "COVID-19-dan sonrakı dünya" mövzusunda VIII Qlobal Bakı Forumundan öncə jurnalistlərə açıqlamasında deyib.
B.Yıldırım bildirib ki, Azərbaycan, Rusiya və Ermənistanın imzaladığı üçtərəfli razılaşmada Laçın dəhlizi ilə paralel olaraq Zəngəzur dəhlizinin açılması barədə razılığa gəlinib. Bu istiqamətdə danışıqlar davam edir:
"Zəngəzur dəhlizin açılması bütün region ölkələrinin daha çox əlaqələr qurmasına kömək edəcək. Zəngəzur dəhlizinin bütün bölgə ölkələrinə faydası var".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində "COVID-19-dan sonrakı dünya" mövzusunda növbəti Qlobal Bakı Forumu keçiriləcək. Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirakı nəzərdə tutulur. Hibrid formatda təşkil ediləcək tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn qaydada qoşulacağı gözlənilir.
Binəli Yıldırım Zəngəzur dəhlizinin bütün bölgə ölkələrinə faydasından danışdı
04-11-2021 10:23

Kateqoriya: Qarabağ
Tarix: 04-11-2021 10:23
Baxış sayı: 2244Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















