Azərbaycan qüvvələri Zəngəzurda Bazarçaya da yaxınlaşıb - Ermənistan mətbuatı
25-05-2021 19:46

Zəngəzurda, Göyçədə Ermənistanla Azərbaycan arasındakı gərginliyin azalması təəssüratı var. Amma Ermənistan mətbuatında yazılanlar belə deməyə əsas vermir.
Dalidag.az xəbər verir ki, Azərbaycan hərbi qüvvələrinin Zəngəzur mahalında daha bir kəndə yaxınlaşdığı bildirilir. Tarixi Zəngəzur torpaqlarımızda yaradılan Sünik vilayətinin keçmiş qubernatoru Vaqe Akopyan bu haqda danışıb. “Hayastan” blokuna daxil olan “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri ölkəsində Qorayk adlandırılan Bazarçay tərəfdə Azərbaycan hərbçilərinin göründüyünü bildirib.“Vəziyyət sabit gərgin olaraq qalır. Belə davam edərsə, süniklilər öz ərazisində düşmən qüvvələrinin yerləşməsiylə barışmalı olacaq”.
Akopyan deyib ki, Azərbaycan hərbi qüvvələri mövqeyini bir az da yaxşılaşdırıb. Say artımı da müşahidə edilir. Onun iddiasına görə, Azərbaycan qüvvələri Bazarçaya çox yaxınlaşıb. Akopyan Ermənistan Müdafiə Nazirliyinin vəziyyətə nəzarəti tam itirdiyini deyib.
“Problemi güc vasitəsilə həll etmək imkanı əldən verilib. İndi Ermənistanın hərbi-siyasi rəhbərliyi nə edəcəyini bilmir. İddia edirəm ki, Azərbaycanın canlı qüvvəsinin sayı mini keçib”.
Zəngəzur mahalında gərglinlik mayın 12-dən yaranıb. Ermənistan əvvəlcə Qaragöl ətrafında Azərbaycan hərbi qüvvələrinin sərhədi pozduğunu hər yerə car çəkməyə başlamışdı. İddia olunurdu ki, Azərbaycan su hövzəsinə nəzarəti tam həyata keçirməyə çalışır. Ermənistan bununla delimitasiya və demarkasiya proseslərinə mane olmağa cəhd edirdi. Sonradan düşmən ölkə Göyçədə də bizim canlı qüvvələrin fəallaşması haqda məlumat yaydı. Rusiya Xarici İşlər naziri Sergey Lavrov məsələnin şişirtmək üçün əsas olmadığını deyəndən sonra nisbətən sakitlik yaranmışdı.
Kənd türk tayfasına görə belə adlandırılıb. Bazarçayın adına 1869-ci ildə tərtib edilmiş “Qafqazın 5 verstlik xəritəsi”ndə rast gəlmək mümkündür. Kəndin əsasının hələ orta əsrlərdə qoyulduğu ehtimal olunur. 19-cu əsrdə Bazarçayda yaşayan azərbaycanlıların sayı 400 nəfərdən az olmayıb. Yaşayış məntəqəsinə düşmən ayağı 1918-ci ildə dəyib. Zəngəzur qırğınlarından sonra xaricdə yaşayan ermənilərdən kəndə köçürülənlər olub. Həmin il bütün azərbaycanlılar Bazarçaydan qovulub. 1926-cı ildə 3 azərbaycanlı həyatlarına qarşı təhlükəyə baxmayaraq doğma yurduna qayıdıb. Üç il sonra həmin şəxslər də evindən çıxarılıb./bizimyol.info
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 25-05-2021 19:46
Baxış sayı: 4368Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















