Reklam
Ermənilərin Füzulidə ən çox hansı əraziləri minaladığı AÇIQLANDI
08-05-2021 12:49

"Hazırda Füzulidə asfalt yolun bərpası həyata keçirilir. Bu səbəbdən əsasən təmas xəttindən keçən yoldakı minaları təmizləyirik. Yalnız bundan sonra asfalt xətti genişləndirilərək orada yenidən təmir işləri aparılır”.
Bu fikirləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 1 saylı təmizləmə qrupunun əməliyyat meneceri Mədət Məmmədov deyib.
Onun sözlərinə görə, təmizləmə bir neçə üsulla aparılır: "Bunlardan biri əllə təmizləmədir ki, bu zaman əməkdaşlar detektor və digər cihazlardan istifadə edirlər. İkinci üsul xüsusi təlim görmüş itlərin vasitəsilə ərazidəki partlamamış hərbi sursatlar axtarılır. Üçüncü üsul isə mexanika vasitəsilə minaların təmizlənməsidir. Hazırda təmizləmə əməliyyatları davam edir. Ərazidə aşkar olunan partlamış hərbi sursatlar aşkar edilərək gün sonunda partladılır”.
ANAMA rəsmisi bildirib ki, hazırda ərazidə olan 13 km ən təhlükəli ərazi olaraq qiymətləndirilir: "Ərazinin artıq 8 km-i minalardan təmizlənib. 5 km üzərində hazırda iş gedir. Ən çox mina təmas xəttindədir. Təmas xəttinə ən yaxın yerdə təxminən 8-9 mina sahəsi yerləşir”.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 08-05-2021 12:49
Baxış sayı: 3231Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























